Su börəyinin asan HAZIRLANMA QAYDASI

Su börəyinin asan HAZIRLANMA QAYDASISu börəyi Türkiyə mətbəxinin ən sevilən, ancaq hazırlanması çətin olan yeməklərindən biridir. Bəs su börəyi necə bişirilir? Xanim.az Aile.lent.az-a istinadən su börəyi hazırlamağın asan yolunu təqdim edir.

Lazım olan ərzaqlar:

1 kilo un
150 qram kərə yağı
1 su stəkanı duru yağ
5 yumurta
Yarım kilo ağ pendir
Yarım dəstə cəfəri
Duz
Su

Hazırlanması:

Bir qaba tökdüyünüz unun ortasını hovuz kimi açın. Yumurtanı ortasına qırın, duzunu tökün, az-az su əlavə edərək yoğurmaya başlayın. Xəmir qatı olmalıdır. 10 dəqiqə ara verib təkrar yoğurun. Bir 10 dəqiqə daha yoğurduqdan sonra xəmiri 12 bərabər kündəyə ayırın.
Bu sırada içini hazırlayın. Pendiri rəndələyib nazik doğradınız cəfəri ilə qarışdırın.
Qazana su doldurub bir desert qaşığı duz tökərək qaynadın. Başqa bir qaba da soyuq su tökün. Bir tavada kərə yağını əridib duru yağla qarışdırın.
Kündələri bir-bir tava böyüklüyündə yayıb açın. İlk lavaşı tavaya sərin.
Açdığınız lavaşları bir-bir əvvəl isti suda bir dəqiqə qaynadın, sonra soyuq suya atın. Dərhal da bir süzgəclə çıxarıb tavaya sərin. Yağladıqdan sonra ikinci lavaşa keçin. Orta qata çatanda pendiri səpin. Son lavaşı qaynatmadan sərin, üzərini qalan yağla yağlayın.
Tavanı ocağa qoyub vam odda çevirərək bişirin. Altının bişdiyinə əmin olun. Üzərinə başqa bir tava keçirib alt-üst etdikdən sonra digər tərəfini də vav odda bişirin.
Nuş olsun!

Mətbəx     Baxılıb: 4109   Tarix: 16 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri gozel gorunmek uşaq yeməyi paxlavalar xina ucun bayatilar bulka reseptləri kosmetika nagillar kökəlmək üçün qiz evi haxista gozellik baliq burcu