Süd və yumurta maskası üzünüzdəki qırışları bir həftəyə tamamilə açacaq

Süd və yumurta maskası üzünüzdəki qırışları bir həftəyə tamamilə açacaqQadınlarda üz dərisinin gözəlliyi xüsusi önəm daşıyır. Qırışların qarşısının alınması üçün müxtəlif üsullar vardır ki, lazım olduqda onlardan istifadə edilir. Üz və sinə dərisini yalnız xaricdən deyil, həm də daxildən qorumaq lazımdır.

İndi sizə dərinizin ehtiyacı olan təbii və istifadəsi asan olan maskalar təqdim edəcəm. Bunlarla dərinizin uzun illər boyu gənc və təravətli qalmasına kömək edə bilərsiz.

- Alma yeyərkən dərimizi həm xaricdən , həm də daxildən qorumuş oluruq. Maska olaraq yarım almanı yaxşıca əzib içinə 2 qaşıq qaymaq qataraq qarışdırın və üzünüzə yaxın. 15 dəqiqə gözləmək kifayət edər.İlıq suyla yuyub quruladıqdan sonra nəmləndirici krem çəkin. Alma dərinizə təravət verərkən, qaymaq da elastikliyinə və nəmlənməsimə səbəb olacaq.

- Limon suyu və qliserinin qarışığı ilə dərinizi təmizləyə bilərsiniz. Hər ikisindən də eyni miqdarda götürüb qarışdırın. Gecə yatmazdan əvvəl pambıq vasitəsilə dərinizi təmizləyin.

- Bir stəkan yemiş suyu və bir stəkan qaynanmış suyu qarışdırıb üzünüzü yuyun. Ardınca bir az pambığı südə batırıb üzünüzü silin və təmiz dəsmalla qurulayın. Bunu gecə yatmazdan əvvəl etməlisiniz.

- Bir yumurtanin ağını, bir qaşıq qliserini və bir qaşıq balı qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxladıqdan sonra əvvəl ilıq, sonra isə soyuq su ilə yuyub qurulayın. Bunu həftədə bir dəfə etməlisiniz.

- Çiyələklə dərinizin təravətini qoruya bilərsiniz. Bunun üçün bir ovuc çiyələyi əzin və suyunu süzün. Buna bir az gül suyu qatıb üzünüzə, boynunuza sürtün. Bir saat saxlamaq kifayət edər. Sonra sodalı su ilə üzünüzü yuyub təmizləyin.

Bu maska boyun qırışıqları üçün də effektivdir. Xüsusilə qeyd etmək istəyirəm ki, çiyələk bəzi insanlarda allergiyaya səbəb olur. Əgər üzünüzdə qızartı və ya şişmə görsəniz üzünüzü təkrar yuyun və bu maskanı bir daha eləməyin.

-Bir qaşıq süd və bir yumurtanın sarısını qarışdırıb üzünüzə sürtün. 15 dəqiqədən sonra limon suyu ilə təmizləyin. Bunuda həftədə bir dəfə olmaqla edə bilərsiniz.

Gözəllik və Moda     Baxılıb: 14754   Tarix: 20 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

turlar.az

adlarin menasi reseptler geyim dəbləri sızanaqlara qarşı maska hipertoniya xəstəliyi sekis kaktusa qulluq kosmetika gəncə əfsanələr rəksanə faydalı bilgilər