Suda boğulanı necə xilas etmək olar? - Qaydalar

Suda boğulanı necə xilas etmək olar? - QaydalarDənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Çimərliklərdə, su hövzələrində təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq suda boğulma hallarının artması ilə nəticələnir. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, statistikaya əsasən, suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkənlərin 90, 6-7 dəqiqə sonra isə 1-3 faizini həyata qaytarmaq mümkündür.
Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər.
Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.
Suda boğulanı xilas edərkən üzərək ona arxadan yaxınlaşmaq lazımdır, çünki bəzən boğulanın təlaş içində qeyri-iradi olaraq onu xilas edəndən tutması işi çətinləşdirir və təhlükə yaradır. Yardım göstərərkən suya baş vurmaq və boğulanın əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzünə qalxmaq lazımdır. Bu zaman yardım göstərən sərbəst qalanda əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir. Boğulanı sahilə çıxarandan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir.
Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır.
Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarandan sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir.
Təxliyə zamanı zərərçəkən xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərtilə uzadılmalıdır. Məlumatlı olmaq və cəld reaksiya vermək çətin vəziyyətlərdən asanlıqla çıxmağa, özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1632   Tarix: 30 iyul 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

maskalar qis geyimləri 2026 toy makiyajlari qadindunyasi körpəyə qulluq qarasin qizlar ucun makiyaj qrip və soyuqdəymə kosmetika oglaq pehriz burclər masturbasiya novruz bayramına aid hakışda