Südəmər uşaqlarda qarın işləməsi

Südəmər uşaqlarda qarın işləməsiSüdəmər uşaqların nəcisi ilk 2-3-cü günlər yaşıl-qara rəngdə və yapışqanlı olur. Buna ilk nəcis deyilir. Sonrakı günlər qızılı-sarı rəngdə olur və bir qədər turşumuş iy verir. Qızılı-sarı rəngdə təkcə ana südü ilə qidalanan uşaqların nəcisi olur. Sonralar uşağın nəcisində qəbul elədiyi qidalardan asılı olaraq alma, yerkökü, göyərti tikələri də görmək olur. Elə təsəvvür yarana bilər ki, uşağın nəcisi həzm olunmamış qidadan ibarətdir. Südəmər körpələrdə nəcisin rəngi yediyi qida rəngində olur. Yalnız 1,5- 2  yaşından sonra uşaqların nəcisinin rəngi və qatılığı böyüklərinki kimi olur.
Uşaqların qarnı ilk günlər 3-4 dəfə, sonralar gündə 1 dəfə, yaxud günaşırı işləyir. Ana uşağının qarnının necə işləməsinə diqqətlə fikir verməlidir. Əgər uşağın qarnı bir-neçə gün işləməsə və ya bir gündə bir-neçə dəfə işləyərsə məsləhət üçün mütləq həkimə müraciət etmək lazımdır.
Südəmər uşağın nəcisi duru olur, bəzən selik qarışıb yaşımtıl rəng ala bilir. Əgər nəcisin rəngi və sayı birdən-birə dəyişilərsə həkimə müraciət etmək lazımdır.
Süni qidalanma ilə qidalanan uşağın nəcisinin rəngi yediyi qidadan asılı olaraq dəyişir.
İnək südü ilə qidalanan uşaqların nəcisi duru və gündə bir-neçə dəfə olur.
Əgər uşağın qarnı gün ərzində həmişəkindən çox sayda işləyirsə və üfunət iyi verirsə, bu bağırsaqda infeksiyanın olmasını göstərir.
Əgər uşaq yaxşı yeyirsə, 2-3 gün qarnı işləmirsə və şəndirsə narahat olmağa lüzum yoxdur. Bunu uşağa meyvə və ya tərəvəz yedirməklə həll etmək olar. Lakin uşaq narahatdırsa, sancıdan qışqırıb ağlayırsa, problemi vaxtında həll etmək lazımdır.
Südəmər uşaqlara qətiyyən işlətmə dərmanı vermək olmaz. Çünki adi işlətmə dərmanlarında belə istifadə edib ölən uşaqlar olmuşdur. İşlətmə dərmanları uşaqların orqanizminin susuzlaşmasına səbəb olur. Bundan başqa uşağın anus dəliyinə bağırsaq işlətmək üçün şamlar qoymaq olmaz. Çünki belə şamlar südəmələrin anusunda iltihabi proseslərə səbəb ola bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1822   Tarix: 01 aprel 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda