Südvermə dövründə necə qidalanmaq lazımdır?

Südvermə dövründə necə qidalanmaq lazımdır?Əmizdirən analar həm özləri, həm də körpələri üçün balanslı qidalanmalıdırlar.

Əmizdirmə dövründə anaların nizamlı bəslənməsi həm ana, həm də körpənin sağlamlığı baxımından böyük əhəmiyyət daşıyır. Bu dövrdə anaların necə qidalanması lazım olduğunu bu xəbərimizdə izah edəcəyik.

Ana körpəsini qucağına aldıqdan sonra fikri körpəsinin baxımı və sağlam böyümə mövzularına qarışdığı üçün, öz qidalanması ilə əlaqədar mövzuları hamiləliyində olduğu qədər izləyə bilməz. Ancaq körpə ilk aylarda yalnız ana südü ilə qidalanacaq və ehtiyac duyduğu bütün qidaları ana südündən alacaqdır. Ana südünün üstün qidalayıcı xüsusiyyətlərinin yanında olan qoruyucu maddələr körpənin sağlamlığı üçün çox əhəmiyyətlidir.

Gündə 750 kalori lazımdır

Süd artımı üçün lazımlı qidalar ananın qidalanmasına əlavə olunmalıdır. Əmizdirən qadının süddəki enerjinin əhəmiyyətli bir qisimi yediklərindən təmin edilər. Aldığınız bütün enerji tam olaraq süd enerjisinə çevrilməz, qidalanmadan alınan enerjinin 80% -i süd enerjisinə çevrilir. Sağlam bir ana gündə təxminən 800 ml süd artırır. Bunun üçün gündə 750 kalori əlavə olunur. Bunun 500 kalorisi qidalarla alınarkən, 250 kalorisi hamiləlikdə qazanılan depolardan qarşılanır.

Südvermə dövründə necə qidalanmaq lazımdır?
Əmizdirmə dövründə qidalanma

* Körpənizi kifayət qədər qidalandırmaq k üçün öz qidalanmanıza diqqət göstərin.

* Zülal ehtiyacını qarşılamaq üçün gündəlik yeməyinizə əlavə olaraq 1 yumurta və ya 1-2 stəkan süd istehlak etməniz uyğundur.

* Normal qidalanmanıza əlavə olaraq 10-12 stəkan qədər maye əlavə (süd, ayran, kompot, şorba) edin.

* Əmizdirmə dövründə bəzi vitaminlərlə, dəmir və kalsium çatışmazlığı tez görülməkdədir. Bu səbəblərlə B vitaminləri, A, C, E və D vitaminləri ilə dəmir və kalsium dəstəyi edilməsi lazımdır.

Kalsium cəhətdən zəngin süd, qatıq və pendir nizamlı olaraq istehlak edin.

* Kalbasa, sosiska kimi qatqı maddə tərkibli hazır qidaları qəbul etməyin.

* Yeməklərlə birlikdə çay içilməsi qan azlığına səbəb ola bilər; açıq və limonlu çay yalnız ara paylarda qəbul edin; cökə, nanə, itburnu çayı kimi içkilər seçilməlidir.

* Ağ şəkər yerinə bəhməz istehlakı seçilməlidir.

* Hamiləlik müddətin tərəfindən əldə etdiyiniz balanslı qidalanma vərdişini qoruyun.

* Köhnə bədən ağırlığınıza dönmək üçün tələsməyin, körpənizi əmizdirirsinizsə, 6 ya da 12 ay içində köhnə formanıza dönə bilərsiniz.

Südvermə dövründə necə qidalanmaq lazımdır?
Səhər yemıyi

* 1 su stəkanı süd (şəkərli və kalsiumla zənginləşdirilmiş)

* 1 yumurta və ya 1 kibrit qutusu qədər ağ pendir (30 qram)

* 5 ədəd zeytun

* 1-2 dilim çörək

* 1 yemək qaşığı bəkməz və ya bal və ya cem

* 1 ədəd meyvə, 1 kök və ya pomidor

Nahar yeməyi.

* 1 boşqab qiyməlı tərəvəz yeməyi (tərəvəzli ət, toyuq, balıq)

* 1 boşqab (4 yemək qaşığı) plov və ya makaron

* 1 kasa qatıq və ya ayran

* 1 dilim çörək

*Salat

Südvermə dövründə necə qidalanmaq lazımdır?
Ara pay

* 1 kibrit qutusu qədər ağ pendir

* 1 dilim çörək

* Pomidor və ya meyvə

Şam yeməyi.

* Şorba (mərcimək, tərəvəz və ya qatıqlı şorba)

* 60 qram ət (balıq, toyuq) və ya qiyməlı tərəvəz yeməyi

* 1 boşqab zeytunyağlı tərəvəz yeməyi

* 1 dilim çörək

* Salat

* 1 kasa qatıq və ya 1 stəkan süd

Ailə və Uşaq     Baxılıb: 2100   Tarix: 19 iyul 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

turlar.az

geyim seçimi yay geyimləri 2026 kosmetika mehsullari fransiz qadinlari gözəllik məhsulları uşaq xəstəlikləri burc xelife kosmetika geyim sanama badambura qaynanaya aid hüzeyir hacibəyov