Sümük kütləsinin azalması - OSTEOPOROZ. Səbəblər, simptomlar, müalicə

Sümük kütləsinin azalması - OSTEOPOROZ. Səbəblər, simptomlar, müalicəÜST-ün məlumatına görə osteoporoz 10 ən çox yayılmış xəstəliklər siyahısına daxildir. Osteoporoz sümüklərdə əriməyi və daha doğrusu, sümük toxumasının sıxlığının azalmasını göstərir.
Osteoporoz sümüklərin "kütləsinin azalması" deməkdir - "osteo" (sümük) və "poroz" (dəlikli) sözlərinin birləşməsindən ibarətdir.
Osteoporozun əsasən 2 növü var:
- Standart - menopauza zamanı yaranan (estrogen azalması ilə bağlıdır).
- Senil osteoporoz- əsasən 75 yaşdan sonra başlayır. İnsan qaçanda, gəzəndə, tullananda sümüyün daxilində təzyiq artır və osteoblastların aktivliyi artır. Bu zaman sümüyün sıxlığı, möhkəmliyi artır. İnsan  yaşlaşdıqca fiziki aktivliyini azaldır ki, nəticədə osteoblastlar aktivləşmir və sümük sıxlığı azalır. Bu isə  osteoporozun inkişafına səbəb olur.
Eyni zamanda oturaq iş də yaşlılarda olduğu kimi osteoporoz əmələ gətirir. Bu zaman sümüklər təzyiq hiss etmir və osteoblastlar aktivləşmir.
Osteoporoz xüsusən kalsiumun sümükdən çıxarıldığı zaman meydana gəlir. Sümük sıxlığı azaldıqca sümük kövrəkliyi də artır.
Beləliklə, osteoporozun yaranmasında müxtəlif səbəblərdən kalsium mübadiləsinin balansının pozulması mühüm rol oynayır. Bu mineral (vit D ilə birlikdə) orqanizmdə başlıca "tikinti materialı" hesab olunur. Kalsium həyatın birinci günündən qocalana qədər orqanizmə lazımdır. Onun defisiti və ya sümüklərdən qana çıxması sümüklərin möhkəmliyinin itirilməsinə və osteoporozun inkişafına səbəb olur.
Bu xəstəliyin kimdə olacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ancaq xəstəliyin inkişaf riski aşağıdakı hallarda artır.
- 45-dən aşağı yaşda təbii və ya cərrahi menopauza (yumurtalıqların çıxarılması nəticəsində)
- Qadın cinsi (Osteoporoz 50 yaşdan yuxarı qadınların orqanizmində gedən hormonal yenidənqurma ilə bağlı olaraq daha tez-tez inkişaf edir.)
- Qocalıq
- Ailədə osteoporotik sınıqların olması (xüsusilə anada bud sınığı)
- Revmatoid artrit və ya astmanın olması
- Osteoporozu sürətləndirən dərmanların qəbulu (kortizon, epilepsiya dərmanları, heparin və s.)
- Qidalanmada kalsiumun defisiti və D vitamini çatışmazlığı
- Kalsium mübadiləsinin pozulması asidozla da sıx bağlıdır. Turş mühit kalsium ilə zəngin möhkəm toxumanı parçalayır. Asidoz əsasən qidalanma ilə əlaqədardır. Belə ki, qidamızın 80% -i metabolik prosesdə turşu əmələ gətirir: ət, ağ un məmulatı, şirniyyatlar və s. Qələviliyi artıran qidalar qidamızın 20%-ni təşkil edir: meyvə-tərəvəz, göyərti və s. Bu cür qidalanma asidoza səbəb olur.
- Yaşlandıqca böyrəklərin, qaraciyərin funksiyası zəifləyir, buna görə də turş məhsulların toxumalarda toplanması baş verir. Bu zaman toxumadakı turşuluğun neytrallaşması üçün kalsium sümükdən qana keçir.   
- Siqaret, alkoqol
- Daimi idman vərdişlərinin olmaması
- Kişilərdə testosteron səviyyəsinin aşağı olması. (Baxmayaraq ki, osteoporoz qadınların problemi hesab olunur yaşı 65-dən yuxarı olan  kişilərin 15%- də də bu problemə rast gəlinir.)
- Uzunmüddətli yataq rejimi
- Xroniki böyrək çatışmazlığı
- Malabsorbsiyaya səbəb olan mədə-bağırsaq sistemi problemləri
- Qalxanabənzər vəzin problemi
- Hiperparatiroidizm (paratiroid hormonunun həddindən artıq ifraz olunması) və s.
Osteoporoz zamanı hansı simptomlar olur?
Əslində, osteoporozun başlanğıcında xəstədə heç bir şikayət olmur. Ancaq xəstəlik irəlilədikcə sümük toxumasının sıxlığı azaldıqca sümüklərdə yayılmış ağrılar yaranır.
Sonrakı mərhələlərdə osteoporozun ağırlaşması baş qaldırır - bu sınıqlardır. Ekspertlərin məlumatına görə hər 2,5 dəqiqədən bir osteoporozla bağlı sınıqlar müşahidə edilir.
50 yaşdan yuxarı hər 8 nəfərdən 1-də osteoporoz səbəbi ilə yaranan onurğa sınıqları inkişaf edir və bu nisbət yaş artdıqca artır. Qalça sınığına 70 yaşdan yuxarı hər 3 qadından və 9 kişidən 1-də rast gəlinir. 
Osteoporozda bud başının sınığı çox tez-tez baş verir. Budun başı qırıldıqda cətin sağalır. Cərrahi əməliyyat tələb edir. Bundan sonra trombemboliya riski artır. Əməliyyat edilmədikdə isə çox vaxt pasient yataqda qalır: bu isə qəbizlik, yataq yarası, aspirasion pnevmoniya və daha ağır nəticələrə səbəb olur.
Osteoporotik sınıqlar kimi təyin olunan digər sınıqlar bilək, bel və oma sınıqlarıdır. Sınıqlar insanın fiziki, psixoloji və sosial vəziyyətinə və sağlamlığı ilə əlaqəli həyat keyfiyyətinə mənfi təsir göstərir.
Osteoporozda sümük sıxlığı necə ölçülür?
Sümüyün mineral sıxlığını qiymətləndirmək üçün sümük densitometriyası aparılır. Bu ölçmələrdə sümük itkisi varsa, sümük itkisinin qarşısını alan müalicə tətbiq olunmalıdır.
Osteoporozun müalicəsi
Osteoporozun inkişaf etdiyi hallarda erkən başlanan müalicə  effektiv olur.
Osteoporoz müalicə oluna bilən bir xəstəlikdir. Osteoporoz müalicəsinin ən vacib məqsədi sınıqları azaltmaqdır.
Dərman müalicəsi seçimində xəstənin yaşı, yanaşı xəstəlikləri, sınıqların olması  kimi xüsusiyyətlər nəzərə alınmalıdır.
Müalicədə bifosfonatlar, kalsium və D vitamini, kalsitonin və s.istifadə olunur. Dərman müalicəsindən başqa aşağıdakılara nəzarət edilir:
- Düzgün qidalanma
- Sümük sağlamlığına mənfi təsir edə biləcək qidalar, vərdişlər və dərmanlardan uzaq olmaq
- Fiziki fəaliyyətə dəstək olmaq (yaşa uyğun olaraq)
- Yıxılmanın qarşısını almaq
Yıxılmamaq üçün...
Yaşlandıqca yıxılmaq və çanağı qırmaq riskini artıran bir sıra dəyişikliklərə rast gəlinir. Bunlara əzələ zəifliyi, görmə qabiliyyəti və başgicəllənmə səbəb ola bilər.
Osteoporoz nəticəsində incəlmiş sümük bir az gərginlik nəticəsində də qırıla bilər. Buna görə yıxılma riskini azaltmaq dərman qədər vacibdir. Yıxılmadan qorunmaq üçün tövsiyələr:
- Əzələ gücünüzü artıran məşqlər etmək
- Sürüşməyən, alçaq dabanlı ayaqqabı geyinmək
- Mütəmadi göz müayinələri, ehtiyac olarsa eynək taxmaqla görmə qabiliyyətini yaxşılaşdırmaq
- Başgicəlləməsini aradan qaldırmaq və s.
Yıxılma riskini azaltmaq üçün evdə də bir çox tədbirlər görməyiniz lazımdır: xüsusən işıqlandırmanın normal olması və sərbəst hərəkətiniz üçün maneənin olmaması (məsələn, kiçik sürüşən xalça, kabel və s.)
Osteoporozun profilaktikası
Bütün xəstəliklərdə olduğu kimi osteoporozda da xəstəliyin qarşısının alınmasında profilaktika əsas məqsəd olmalıdır.
Sonrakı həyatınızdakı itkini minimuma endirmək üçün 35 yaşa qədər mümkün qədər ən yüksək sümük kütləsinə sahib ola biləcək tədbirlər görülməlidir. Kifayət qədər güclü bir sümük kütləsi varsa, irəli yaşlarda itkini az problemlə aradan qaldıra bilərik.
Sümük kütləsi genetik amillərdən asılı olaraq dəyişə bilsə də, həyat tərzimizi ağıllı bir şəkildə tənzimləməklə:
- Düzgün qidalanma
- Fiziki aktivlik
- Günəş vannaları
- Xroniki xəstəliklərin müalicəsi
- Kalsium qəbulu, təbii qida vasitəsilə (məs. süd məhsulları, küncüt, badam, fındıq, balıq, ispanaq,kələm və s. kalsiumla zəngindir) və ya tablet şəklində. Nəzərə almaq lazımdır ki, kalsiumun tək çatışmazlığı deyil, artıqlığı da orqanizmdə patoloji dəyişikliyə gətirir: hüceyrələrin fizioloji aktivliyini zəiflədir, sinir sisteminin oyanıqlığını azaldır, iştahanın azalmasına, qəbizliyə, ürəkdə dəyişikliyə, sidik daşı xəstəliyinin yaranmasına səbəb olur. Məhz bu səbəbdən kalsium əlavələrinin nəzarətsiz qəbulu məqsədəuyğun deyil. Özünü müalicə ilə məşğul olmayın!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1112   Tarix: 25 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetik vasiteler ariqlamaq ucun yasil cay salatlarin dizayni abqoranin hazirlanmasi balqabağın faydaları kosmetika hakistalar saglam qidalanma novruz hakıştası bayatı efsane