Sümük vərəmi

Sümük vərəmiVərəm "Mycobacterium tuberculosis", yəni vərəm bakteriyalarının əmələ gətirdiyi bir xəstəlikdir və daha çox hava-damcı yolu ilə yayılır. Sümük vərəmi bu xəstəliyin ağciyər vərəmindən sonra ən təhlükəli növü olub, həmin bakteriyanın sümüyə keçməsi nəticəsində yaranır. Ən çox onurğada müşahidə edilir. Onurğa sütünunun vərəminin xüsusi adı Pott xəstəliyidir. Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün pasiyentlər vərəm üçün testlərdən keçməli və həmin bölgədən alınan toxumalar biopsiya edilməlidir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Mərkəzi Neftçilər Xəstəxanasının uzman ortoped-travmotoloqu Vüqar Quliyev məlumat verib.
Mütəxəssis bildirib ki, sümük vərəminin ən çox ikincili formasına rast gəlinir. Yəni əvvəllər ağciyərdə vərəm olub və sonradan qan və ya limfa yolu ilə infeksiya sümüyə keçib. Amma nadir hallarda sümük vərəmi birincili də ola bilər. O zaman xəstəlik sümüyün özündə yaranır: "Xəstənin onurğasında ağrılar olur, gecə tərləmələri subfebril qızdırma müşahidə edilir, normal müalicələr nəticə vermir. Simptomlar qarışıq olduğu üçün xəstəliyin diaqnozunu qoymaq çətindir. Müayinə və testlər nəticəsində dəqiq diaqnoz qoyulduqdan sonra xəstəliyə uyğun xüsusi müalicə aparılır. Xəstəlik kişi və qadınlar arasında təxminən eyni hallarda rast gəlinir. Lakin sosial-ekonomik və yaşayış şəraitindən asılı olaraq daha çox kişilər bu xəstəlikdən əziyyət çəkirlər. Sümük vərəmi adətən 40 yaşdan sonra qeydə alınır. Xəstələrin yaşayış mühitinə görə infeksiyanın yayılma sıxlığı artır. Sümük vərəmində də adi vərəmdəki kimi uzunmüddətli, yəni 6-18 ay müddətində müalicəyə ehtiyac var. Müalicə nəticələri müsbətdir".
Milli.AzSümük vərəmi/news.milli.az

Sağlamlıq     Baxılıb: 3913   Tarix: 26 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

aksessuarlar qadin dunyasi yaz geyimleri 2026 intim seks qadın hüquqları bas ortuleri tutun xeyri kosmetika sağlamlıq yemekler bedii edebiyyat geyim eqreb