Süni mayalanma neçəyədir?

Süni mayalanma neçəyədir?Dünyada hər il təxminən yarım milyona yaxın uşaq süni mayalanma yolu ilə doğulur. Bu isə sonsuzluq hallarının artması ilə bağlıdır.
Dünyada, eləcə də Azərbaycanda hər on nəfərdən birinin sonsuzluqdan əziyyət çəkdiyi barədə məlumatlar var. Azərbaycanda hər 100 000 qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınanların sayı təxminən 50 nəfərdir. Bununla yanaşı, qadınlar arasında sonsuzluq halları son vaxtlar iki dəfə artıb, ümumi sonsuzluğun təxminən yarısı isə kişi sonsuzluğunun payına düşür.
Amma uzun illərdir ki, sonsuzluq çarəsiz problem sayılmır, ondan əziyyət çəkənlərə ən son halda süni mayalanma tətbiq olunur. İlk dəfə süni mayalanma ilə dünyaya gələn şəxsin doğulmasından artıq 40 il keçir. Dünyada ilk süni mayalanma 1978-ci ilə icra olunub. Məhz həmin il Böyük Britaniyada Robert Edvards və Patrik Kristofer Steptou tərəfindən ilk uğurlu süni mayalanma həyata keçirilib. Ondan 32 il sonra - 2010-cu ildə Robert Edvards məhz bu işə - ekstrakorporal mayalanmanı praktikada tətbiq edən tədqiqatlarına görə fiziologiya və tibb üzrə Nobel mükafatının laureatı elan olunub.
E-tibb.az bildirir ki, süni mayalanma metodu ilə dünyaya gələnlərin sayı isə getdikcə artır, bu say artıq milyonlarla ölçülür. Süni mayalanma daha çox yumurta ehtiyatı az olan, ümumiyyətlə, olmayan, kişi sonsuzluğundan əziyyət çəkənlər üçün seçimdir. Təbii yolla, digər müalicə üsulları ilə uşaq sahibi ola bilməyən cütlüklərin razılığı əsasında laboratoriya şəraitində qadının yumurtaları həyat yoldaşının sperması ilə mayalandırılıb uşaqlıq içərisinə inyeksiya edilir. Süni mayalanma ilə uşağa qalmaq təbii yolla hamilə olmaqdan heç nə ilə fərqlənmir. Azərbaycanda süni mayalanma 2004-cü ildən tətbiq olunur.
"Reproduktiv sağlamlıq haqqında" qanun hələ qəbul olunmasa da, "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun Ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsindən bəhs edən fəslinin 29-cu maddəsi süni mayalanma və embrionun implantasiyası barədədir. Qanuna görə, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və embrionun implantasiyası hüququ var. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.
Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Süni mayalanma həyata keçirən hər klinikada orta hesabla ayda 100 belə proses icra olunur. Bu işin çox az sayda mərkəzdə icra olunduğu nəzərə alınsa, ölkədə təxminən ayda 500-600 süni mayalanmanın həyata keçirildiyi aydın olur. Süni mayalanma zamanı tək rəsmi nikahda olanların deyil, hər kəsin ana, ata olmaq haqqı nəzərə alınır. Təbii ki, tibbi göstərişlər varsa. Amma qadın üçün xüsusi riskli hallar, ürək problemləri, qara ciyər, böyrək çatışmazlığı zamanı süni mayalanmanın icra olunması əslində əks göstəriş sayılır.
Mütəxəssislərə görə, 45 yaşdan sonra reproduktiv funksiyanın zəifləməsi səbəbindən qadınlarda süni mayalanma şansı çox az sayılır. Buna baxmayaraq, dünyada, eləcə də ölkəmizdə 45 yaşdan yuxarı, hətta 50-55 yaşlarda da süni mayalanma ilə övlad dünyaya gətirən qadınlar var. Qiymətlərə gəlincə, süni mayalanma qiymətləri bu gün o qədər də əlçatmaz sayılmır. Məsələn, bəzi klinikalar bunun üçün 3000-3500 manatlıq xidmət təklif edir. Hətta bəziləri klinikaların vaxtaşırı elan etdiyi süni mayalanma üçün endirim aksiyalarından da faydalana bilirlər. Özəl klinikalarda bu məbləğ, əsasən, 3500-4000-4500, bəzi hallarda 5000 manat arasında dəyişir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2198   Tarix: 06 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 gozel gorunmek agil haqqinda atalar sözləri moda zaur baxşəliyev qısa saç düzümləri kosmetika yuxuda qara ilan gormek prostat dieta azerb clpaq qadinlari rus dilini oyrenek 2ci ders