Sürətlə arıqlamaq üçün naharda nə yeməli?

Sürətlə arıqlamaq üçün naharda nə yeməli?Arıqlamaq və ya ideal kiloda qalmaq üçün naharın əhəmiyyətini artıq demək olar ki, hər kəs bilir. Ancaq səhər yeməyində nə yediyiniz də önəmlidir. Elm adamları səhərlər yeyildikdə sürətlə arıqlamağa kömək edən qidaların adlarını açıqlayıblar.

Arıqlamaq üçün nə etməli? Necə arıqlamaq olar? Bütün bu sualların cavabı, arıqlamaq üçün resept, Diyet resepti bu xəbərdə!

Bəzi insanlar naharı yüngül qidalarla ötüşdürür, axşam yeməyində daha ağır, kalorili qidalar yeyir. Bu, yanlış seçimdir. Səhərlər yaxşı qidalanmaq lazımdır. Axşamlar isə əskinə, xəfif yeməklərə üstünlük verməlisiniz.

Yaxşı səhər yeməyi gün içərisində özünüzü daha enerjili hiss etməyinizə səbəb olmaqla yanaşı, sizi tox saxlayıb, çox yeməkdən çəkindirəcək.

Taxıllardan hazırlanan səhər yeməyi

Səhərlər bu qidanı süd və ya su, bal əlavə edib yeyə bilərsiniz. Şəkər tozundan istifadə etmək olmaz. Diyetoloqlar böyük kəsilmiş səhər yeməyi tövsiyə edirlər. Onu kasaya tökdükdə çox görünür, ancaq az kalori ehtiva edirlər.

Yulaf kəpəyi

Yulaf kəpəyinin dadlı olmadığını düşünə bilərsiniz. Ancaq onu süddə 2 dəqiqə bişirib (və ya suyla 1 dəqiqə bişirib 1 qaşıq bal əlavə edərək) yedikdə dadının elə də pis olmadığını görəcəksiniz.

Həm sağlam, həm də formada olmaq üçün naharda yulaf kəpəyi yemək vacibdir. Yulaf kəpəyinin tərkibindəki liflər uzun müddət tox saxlayır. Üstəlik, şirniyyata meyil etməyinizin qarşısını alır.

Nahar üçün böyük boşqablar seçin

Nahar yeməyini daha böyük boşqabda yemək beyninizə çox yediyinizlə bağlı siqnal göndərəcək. Ancaq boşqabı sağlam qidalarla dolduracağınız üçün az kalori alacaqsınız.

Üstəlik, səhərlər 700 kaloriyə kimi qəbul etmək sizi kökəltməz. Təbii ki, günorta yeməyində 500, axşam yeməyində 200 kaloriylə kifayətlənməyiniz şərtiylə.

Araşdırmalar göstərib ki, səhərlər 700 kalori, axşamlar 200 kalori qəbul edənlər, bunun əksini tətbiq edənlərdən 2 dəfə daha tez arıqlaya bilirlər.

Erkən saatlarda zülal qəbul edin

Aclıq böhranlarının qarşısını almaq və iştahanı azaltmaq üçün səhərlər zülal ehtiva edən qidalar da yemək olar.

Kolumbiya Universitetində aparılan tədqiqatlar göstərib ki, səhərlər tərkibində zülal olan qidalar yedikdə orqanizmdə toxluq hissi yaradan amin turşuları istehsal edilir.

Səhərlər iki ədəd yumurta yeyin!

Yeni aparılan araşdırma sübut edib ki, səhərlər 2 ədəd yumurta yemək arıqlamağa kömək edir. Hətta bu pəhriz zamanı çörəyi menyudan çıxarmaqdan daha effektli üsuldur.

Bu yumurtanın zülalla yanaşı, "kolin" adlı maddə ehtiva etməsiylə bağılıdır. Zülal aclıq hissini yox edərkən, kolin beynin yorulmasının qarşısını alır və enerjinin azalmasına imkan vermir.

Fıstıq əzməsi

Asan hazırlanan və sağlamlıq üçün yararlı bir digər nahar yeməyi isə fıstıq əzməsidir. 1-2 dilim fıstıq əzməli çörək dilimi yemək olar. Ancaq fıstıq əzməsini az çəkməlisiniz. Çünki bir xörək qaşığı fıstıq əzməsi 190 kalori deməkdir.

Bu qida insanı tez doyuzdurur və günorta yeməyində kalorili qidalardan uzaq durmağınıza kömək edir.atv.az

Gözəllik və Moda     Baxılıb: 6186   Tarix: 06 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

turlar.az

gözəllik məhsulları kosmetika mehsullari geyim şəkilləri doslu qizlar gavalı salatı qış tədarükü salatlar badimcan murebbesi hazirlanmasi kosmetika nagillar haxışda tərəzi xlor lekesi hakıştalar