Tahir İmanov: 'Heç bir kanal rəhbəri zənglərimə cavab vermir

Tahir İmanov: 'Heç bir kanal rəhbəri zənglərimə cavab vermirNiyə efirlərdə yoxuq? İstərdim ki, bu sualı ilk olaraq televiziya kanallarının rəhbərlərinə ünvanlayasınız. Televiziya kanallarının rəhbərləri zənglərə cavab vermirlər. Azərbaycan Televiziyasının (AzTV)-nin rəhbəri Rövşən Məmmədov istisna olmaqla. Rövşən bəy zənglərimizə cavab versə də orada layihəmiz yoxdur.
azxeber.com xəbər verir ki, bu sözləri Şən Hazırcavablar Klubunun üzvü, Əməkdar artist Tahir İmanov qonaq olduğu "YouTube"da yayımlanan "AStar" layihəsində deyib.
Sənətçi kanallarda verilişlərinin olmamasının səbəbini televiziya rəhbərlərinin onlara göstərdiyi yad münasibətlə əlaqələndirib:
"İctimai" televiziyanın rəhbəri Balaş Qasımov zənglərimə cavab vermir. "Xəzər" televiziyasının rəhbəri Murad Dadaşov və "Space" televiziyasının rəhbəri Vado Karovin (Hər ikisi keçmiş Şən Hazırcavablar Klubu (KVN) üzvləridir) kanalların rəhbər vəzifəsinə gələndə artıq efirlərində yumoristik verilişləri vardı. Onlar formatı dəyişmək istəmədilər. Yaxşı olar ki, onlar özləri bu suallara cavab versinlər. Bizim xislətimizdə yalvarmaq, gündə 10 dəfə zəng vurmaq və ya zəli kimi kimdənsə yapışmaq yoxdur, olmayıb da...
Nə məndə, nə qardaşım Cabir İmanovda, nə dəki nəslimizdə... 
Təbii ki, mənim həm Murad, həm də Vado ilə normal ünsiyyətim var. Hətta bizim konsertlərimiz də o kanallarda artıq yayımlanmır. Problem isə ondadır ki, artıq bizim yaşımız da gedir. Bu işlə də özümü dolandırmıram. Düşünmürəm ki, indi prinsipləri dəyişmək vaxtıdır. Burada sadəcə başqa məqsəd durur. İstəyirlər biz hazırıq, istəmirlərsə öpürəm, Allah can sağlığı versin və işlərində uğurlar".
Aysel 

Şou Biznes     Baxılıb: 1162   Tarix: 27 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

turlar.az

sac duzumleri qis geyimləri 2026 hamiləlik etiraflar adət ənənələr plov reseptləri hamilelikde qidalanma kosmetika nizami gencevi google qadin.az kahfe fali novruz bayramına aid hakıştalar