Tanımadıqlarımızı niyə yuxuda görürük?

Tanımadıqlarımızı niyə yuxuda görürük?Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxu haqqında həmişə maraqlı faktlar, miflər deyilir. Bəziləri görülən yuxuya çox məna yükləyir, bəziləri isə onu ciddiyə almır. Mütəxəssislər yuxu haqqında bir neçə maraqlı fakt açıqlayıblar. 
Milli.Az lent.az-a istinadən həmin maraqlı faktları təqdim edir: 
Çox vaxt yuxuda tanımadığımız insanlar görürük. Lakin unutmaq lazım deyil ki, təfəkkürümüz insan simaları yarada bilmir. Buna görə əminliklə deyə bilərik ki, yuxuda görüb tanımadığımız insanlar həyatda görüb sadəcə unutduğumuz simalardır.
Hamı rəngli yuxu görür. Gözləri görən insanların çox az faizi yuxularını ağ-qara rəngdə görürlər. Onlar da daltoniklərdir.
Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.
Dərin yuxu fazasında ürək döyüntüləri, təzyiq və nəfəs minimum göstəriciyə çatır.
Görmə qabiliyyəti ilə doğulub sonradan itirənlər eyni görənlər kimi yuxu görməyə davam edir. Ancaq doğuşdan kor olanlar imiclər ehtiva edən yuxular görmürlər. Onların yuxuları səs, qoxu və hiss üzərinə qurulur.
Orta hesabla insan, ömrünün 16 ildən bir qədər artiğını yuxuda keçirir.
Təxminən 20 faiz yuxugörmələrdə süjetlər real yerlərə və real adamlara yüksək dərəcədə uyğun gəlir. Əksər hallarda yuxular quraşdırma obrazlar şəklində görülür. Məsələn, yuxuda görülən mənzil sizə tanış olan bir neçə mənzilin əlamətlərindən quraşdırılmış olur. Tanıdığınız bir adamı başqa xasiyyətlə görə bilərsiz. Eyni bir səhnə keçmişin müxtəlif dövrlərinə aid əlamətləri, yaxud realda müxtəif yerlərə aid əlamətləri özündə birləşdirir və s.
Sorğuda iştirak edənlərin təqribən 70 faizi yuxuların motivləri əsasında dejavü yaşadıqlarını təsdiq ediblər.
Yuxu daha çox neqativ emosiyaları önə çəkir. Yuxugörmələrdə ən çox baş verən emosional vəziyyət həyəcandır. Həyəcan nə qədər şiddətli olursa, oyandıqdan sonra yuxunun xatırlanma və uzun müddət yadda qalma imkanı bir o qədər böyükdür.
İnsanlar yuxunun ləng fazalarında xoruldayırlar. Xoruldama zamanı yuxugörmə olmur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 19 noyabr 2023
f Paylaş
yuxuda

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

qadin sayti sac duzumleri hamilelikde qidalanma anaya aid atalar sozu gözəllik və makiyaj üzə qulluq doğumu necə keçirtdim kosmetika yuxuda qara ilan gormek oyunlar kökəlmək üçün itburnu xanim az