Tanınmış həkim "allergiya heç vaxt sağalmır" mifini dağıtdı - MÜSAHİBƏ

Tanınmış həkim "allergiya heç vaxt sağalmır" mifini dağıtdı - MÜSAHİBƏ"Allergiyaya səthi yanaşılması, müalicə taktikasının və dərmanların düzgün təyin olunmaması "heç vaxt sağalmır" düşüncəsinə səbəb olur".
Bunu Publika.az-a müsahibəsində allerqoloq-immunoloq Aysel Mehdiyeva bildirib.
Müsahibəni təqdim edirik:
- Allergiya nədir və necə yaranır?
- Allergiya hər hansı yad faktora qarşı immun sisteminin qeyri-düzgün cavabıdır. Belə ki, bu cavab nəticəsində orqanizmdə olan tosqun hüceyrələr deqranulyasiyaya uğrayaraq partlayır və onun içərisindən çıxan bəzi mediatorlar orqanizmdə allergik reaksiyalar yaradır. Buna bədəndə qaşınmalar, səpkilər, şişkinlik, asqırma, burun tutqunluğu, gözlərdə qaşınma və bronxial astmanı nümunə deyə bilərik. Allergiya ümumiyyətlə irsidir. Məsələn, bronxial astma, allergik rinit, atopik dermatit olan uşaqların irsində və valideynlərində bronxial astma, yaxud allergik reaksiyaların olduğunu müşahidə edirik. Ümumən insanlar ömürlərində bir-iki dəfə allergik reaksiyalar – məsələn, övrə keçirirlər. Ancaq bu, həmişə irsi olmur. Müəyyən qism qidaların tərkibində histamin var. Bəzi qidalar da var ki, onların tərkibində histamini parçalayan, fermentləri blok edən maddələr mövcuddur. Biz həmin qidalardan çox istifadə etdikdə, bədəndə histamin toplanır və bu zaman xəstələrdə allergik reaksiya baş verə bilir. Məsələn, yumurta yeyən xəstədə allergik reaksiya baş vermirsə, üç yumurta yedikdə, allergik reaksiya mümkündür.
Tanınmış həkim "allergiya heç vaxt sağalmır" mifini dağıtdı - MÜSAHİBƏYumurta, fıstıq, balıq, soya, sitrus meyvələri, apelsin, mandarin histaminli qidalar sayılırlar. Histamini parçalayan, fermentləri blok edən maddələrin siyahısına konservantlar aiddir. Konservantların tərkibində olan rəngləndirici, dadlandırıcı maddələr histamini parçalayan fermenti blok edir. Bu da bədəndə allergik reaksiyalara səbəb olur.
Tanınmış həkim "allergiya heç vaxt sağalmır" mifini dağıtdı - MÜSAHİBƏ- Hansı allergiya növlərinə daha çox rast gəlinir?
- Yaz və payız aylarında küləklə tozlanan, çiçək polienlərinə qarşı olan allergiyalar burunda qaşınma, asqırma, sulanma, gözlərdə qızartı, qaşınma, qulaq və damaqda qaşınma, bronxial astma, dərinin görünən və hava ilə təmas olan hissələrində - üzdə, boyunda, əllərdə, ayaqlarda qaşınan xırda səpkilər şəklində özünü büruzə verə bilir. Yay aylarına doğru səngiməsi isə çiçək polienlərin azalması və tozlanmanın bitməsi ilə əlaqəlidir. Payız aylarında tozlanan çiçəklərə xəstələr reaksiya verirlərsə, bu, sentyabr və oktyabr aylarında da özünü təkrarlaya bilər.
Tanınmış həkim "allergiya heç vaxt sağalmır" mifini dağıtdı - MÜSAHİBƏ- Rast gəlinmə tezliyi uşaqlar və böyüklər arasında nə yerdədir?
- Ümumən baxsaq, allergiyaya rast gəlinmə tezliyi demək olar ki, eynidir. Lakin allergiyaya qarşı olan münasibət böyüklər və uşaqlar arasında fərqlənir. Belə ki, uşaqlarda daha çox qida allergiyalarına rast gəlinir. Yəni kiçik yaşlı uşaqlar südə, yumurtaya qarşı allergiya verirlərsə, zaman ötdükcə, tənəffüs allergenlərinə allergiya vermə ehtimalları çoxalır. Bəzən qida allergenlərinə reaksiya azalır və yerini tənəffüs allergenləri tutur. Böyüklər isə ən çox tənəffüs allergenlərinə reaksiya verir. Ancaq bununla bərabər böyüklərdə də qida allergiyaları kifayət qədər müşahidə olunur. Xəstələrdə allergiyanın formalaşmasında dərmanların da çox böyük rolu var. Uşaqlara nisbətən dərman allergiyalarını biz daha çox böyüklərdə görürük.
Tanınmış həkim "allergiya heç vaxt sağalmır" mifini dağıtdı - MÜSAHİBƏ- Allergiyanın tam müalicəsi mümkündürmü?
- Ümumən orqanizmdə baş verən hər hansı xəstəliyin müalicəsində həkim tərəfindən uzunmüddətli remisiya alınır. Allergiya da o xəstəliklər siyahısına aiddir ki, müalicə zamanı biz remisiya alırıq. Məsələn, endokrinoloji, qastroenteroloji, kardioloji problemi olan xəstə ömür boyu dərman qəbul edir. Özündə bu xəstəlikləri daşıyan insanlar ömür boyu dərman qəbul etsələr də, cəmiyyət tərəfindən onlara "heç vaxt sağalmır" düşüncəsi ilə yanaşılmır. Allergiya xəstəliyi olan şəxslərdə isə bu düşüncə hökm sürür. Bunun da səbəbi əvvəllər allergiyaya səthi yanaşılması, müalicə taktikasının və dərmanların düzgün təyin olunmamasıdır. Bundan başqa, müayinələrin düzgün aparılmaması və allergenin düzgün tapılmaması xəstələrdə belə bir fikir yaradıb. Lakin bütün xəstəliklər kimi həkimlər tərəfindən düzgün müalicə olunduqda, allergiyada da uzunmüddətli remisiya almaq olar. Hazırda allergiyanın müalicəsi üçün çox müasir preparatlar mövcuddur. Bu preparatlar vasitəsilə digər xəstəliklərdə olduğu kimi allergiyada da uzunmüddətli remisiya ala bilirik.
Tanınmış həkim "allergiya heç vaxt sağalmır" mifini dağıtdı - MÜSAHİBƏMəhərrəm Əliyev

Sağlamlıq     Baxılıb: 2320   Tarix: 20 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

həkim məsləhəti qadin dunyasi reseptler badımcan yeməyi dəridə səpkilər qizi ehtiraslandiran sozler kokteyl kosmetika ginekoloq bayatılar sirin qogal vidyolar pehriz