Taşacak bu deniz'də ayrılıq: 'Gezep' yeni mövsümdə olmayacaq
"Taşacak bu deniz" serialında tamaşaçıların sevimlisinə çevrilən "Gezep" obrazını canlandıran Onur Dilber yeni mövsümdə layihədə yer almayacağını açıqlayıb.
azxeber.com Türkiyə mətbuaına istinadən xəbər verir ki, aktyor verdiyi açıqlamada Gezep obrazının son dövrlərdə keçirdiyi dəyişimin izləyicilərin də diqqətindən yayınmadığını bildirib.
Onur Dilberin "Qərarı təəccüb və üzüntü ilə öyrəndim. Əslində deyiləcək çox söz var, vaxtı gələndə inşallah danışarıq" ifadəsi isə serialdan ayrılığın pərdəarxası səbəbləri ilə bağlı müxtəlif müzakirələrə yol açıb.
Sevilən "Gezep" obrazının serialla vidalaşacağı xəbəri "Taşacak bu deniz" izləyiciləri arasında böyük rezonans doğurub. Sosial şəbəkələrdə çoxsaylı tamaşaçılar qərara münasibət bildirərək obrazın serialın ən yaddaqalan personajlarından biri olduğunu vurğulayıblar.
Aysel









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır