TƏBİB-dən bir doza vaksinin iki nəfərə vurulması iddialarına CAVAB

TƏBİB-dən bir doza vaksinin iki nəfərə vurulması iddialarına CAVAB"Sosial şəbəkələrdə yazılan hər bir fikrə hörmətlə yanaşıram, çünki hər bir insanın öz fikrini bildirmək hüququ var".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılırO bildirib ki, vətəndaşların hər hansı neqativ hadisə ilə bağlı konkret şikayəti varsa, bunun üçün mütləq rəsmi şəkildə müraciət etməlidir: "Bunu ümumi şəkildə qeyd etməməlidirlər. O zaman biz hadisəni araşdıra bilmirik. Bu gün səhiyyə sistemində 100 mindən çox insan çalışır. Respublikanın hər rayonunda məntəqələr açmışıq və vaksinasiya prosesi gedir. Əgər hər hansı məntəqədə nöqsanla qarşılaşırlarsa, mütləq onu konkret şəkildə bildirməlidirlər və bu, araşdırılmalıdır. Mənfi hallar xüsusi orqanlar, bu işlə məşğul olan insanlar tərəfindən araşdırılmalıdır".
Y. Qarayeva qeyd edib ki, bu gün Azərbaycanda vaksin çatışmazlığı yoxdur: "Ölkəmiz ilk günlərdən vaksinlə bağlı bütün istiqamətlərdə danışıqlar aparır".
Departament rəhbərinin sözlərinə görə, bir doza vaksinin bölünərək iki nəfərə vurulması ilə bağlı heç bir rəsmi şikayət almayıblar: "Biz də bunu sosial şəbəkələrdə oxumuşuq. Neqativ hallar daha çox növbələrlə bağlı olur. İnsanların bir yerə kütləvi toplanması ilə bağlı şikayətlər var. Bəzən şəkillər də göndərirlər. Xüsusən havalar soyuq olanda insanları açıq havada gözlədə bilmirdik. Amma çalışırıq ki, məsələyə dərhal reaksiya verək. Hansı rayonda, hansı məntəqədə belə hadisə baş veribsə, dərhal məntəqənin rəhbərləri ilə əlaqə saxlayırıq. Orada vəziyyəti tənzimləməyə, insanlar arasında sosial məsafənin gözlənilməsinə çalışırıq".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1814   Tarix: 01 aprel 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda