Təbii şirələr çox xəstəliklərin dərmanıdır

Təbii şirələr çox xəstəliklərin dərmanıdırİnsan orqanizmi üçün çox faydalı olan təbii şirələri mütləq gündəlik qida rasionununza daxil edin. Bu xüsusilə də uşaqlara vacibdir.

Təbii şirələr tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlanır. Bu məqsədlə xarab olmuş meyvə və tərəvəzlərdən istifadə edilmir. Şirələr hazırlanan kimi onları içmək vacibdir. Çünki, 2 saatdan çox qalan təbii şirədə, soyuducuda saxlansa belə, vitaminlər, demək olar, tamamilə yox olur.

Uşaqlar və xəstələr üçün şirələri şirəçəkən maşınlarda hazırlamaq məsləhət görülmür. Meyvə və ya tərəvəzi sürtgəcdən keçirib, alınmış kütləni bir neçə qat tənzif parçadan süzün. Bu halda bütün vitamin və mikroelementlər şirədə qalacaq.

Kök şirəsi insanın gözləri və dərisi üçün çox faydalıdır.

Tomat şirəsində çoxlu C vitamini, karotin və kaliy mikroelementi var. Bu şirə həzm prosesini yaxşılaşdırır. Tomat şirəsində kalori azdır.

Kələm şirəsi orqanizmi möhkəmləndirir. Tərkibində çoxlu yod var. Qəbzliyi aradan götürür, arıqlamağa kömək edir. Bu şirə qastrit, kolit, enterokolit, mədə xorası xəstəliklərinin simptomlarını aradan götürməyə kömək edir. Kələm şirəsinə duz qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı (1:2) da çox faydalıdır.

Xiyar şirəsi böyrəklər üçün çox faydalıdır, bu şirə təbii sidik-qovucudur. Qan təzyiqini yaxşılaşdırır. İnsan dərisini təmizləyir. Xiyar şirəsinin kök şirəsi ilə qarışığı revmatizmdən əziyyət çəkən xəstələrə yaxşı kömək edə bilər. Diş və diş ətində problem olan insanlara xiyar şirəsini içmək məsləhətdir.

Çuğundur şirəsi qan və damarları təmizləyir, hemoqlobini artırır. Orqanizmdən toksinləri çıxardır.

Kartof şirəsi qan təzyiqini aşağı salır, qastrit, mədə və 12 barmaq bağırsaq xorası olan xəstə insanlara çox faydalıdır. Baş ağrılarını aradan götürür. Kartof və kök şirələrinin qarışığı insan orqanizmini təmizləyir.

Balqabaq şirəsində çoxlu B və E vitaminləri var. Hemoqlobini artırır. Uşaqlar üçün çox faydalıdır. Böyrək və qara ciyəri xəstə olan insanlara kömək edir.

Alma şirəsi ağ ciyəri və böyrəkləri təmizləyir. Dəmirlə çox zəngindir və ona görə qan-damar sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır.

Portağal şirəsi qan-damar sistemi üçün çox faydalıdır. Qara ciyərin funksiyasını yaxşılaşdırır. Mədə-bağırsaq sistemi xəstə olan insanlara içmək məsləhət görülmür.

Ərik şirəsi ürək üçün çox faydalıdır. C vitamini və kaliylə zəngindir. Qanı toksinlərdən təmizləyir. Çox kalorilidir və ona görə kök insanlara və şəkər xəstələrinə bu şirəni içmək məsləhət görülmür.

Ananas şirəsi arıqlamaq istəyən insanlara kömək edə bilər. Ananasın tərkibində bromelayn adlı təbii bir maddə var ki, piyi əridir və insan orqanizmini cavanlaşdırır. Boğazı və böyrəyi xəstə olan insanlara yaxşı kömək edir. Mədə-bağırsaq sistemi, qan-damar sistemi və böyrəklər üçün çox faydalıdır. İmmuniteti artırır.

Qreypfrut şirəsi yuxu pozğunluğunu və yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin C ilə zəngindir. İmmuniteti artırır.

Şaftalı şirəsi aritmiyadan əziyyət çəkən insanlara çox faydalıdır, həzm prosesini yaxşılaşdırır.

Gavalı şirəsi kaliy ilə çox zəngindir. Qastrit, ateroskleroz, revmatizm xəstələri üçün çox faydalıdır.

Albalı şirəsi ən faydalı şirələrdən biridir. Qanazlığı olan insanlara çox fay-dalıdır. Mədə və 12 barmaq bağırsaq xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət görülmür (habelə portağal, ananas, qreypfrut şirələri).

Qara qarağat şirəsi insan orqanizminə insulinə oxşar təsir edir və ona görə şəkər xəstələri üçün çox faydalıdır. İmmuniteti yaxşılaşdırır.

Qırmızı qarağat şirəsi qan-damar sistemi, revmatizm, mədə-bağırsaq sistemi xəstə olanlara çox faydalıdır.
resept.az

Mətbəx     Baxılıb: 3148   Tarix: 04 iyun 2015
f Paylaş

Oxşar xəbərlər

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

turlar.az

həkim məsləhəti sac duzumleri yaz geyimleri 2026 2026 burcler atalar sozu veten haqqinda bədənə qulluq hamiləlik hesablama kosmetika kondom xerçeng vusale elizade baldiza aid haxisda mekteb