TƏCİLİ! Daha bir terrorçu Qusardan çıxdı
DTX-nın zərərsizləşdirdiyi 4 terrorçunun biri Qusardan imiş
3 gün əvvəl DTX-nin keçirdiyi terrorçulara qarşı uğurlu əməlliyyat nəticəsində öldürülən 4 terrorçudan da biri Qusardan imiş. İstiPress-in Şimal bürosunun xəbərinə görə, dini ekstremizm zəminində terror etməyə hazırlaşan dəstənin "Abdulqərib" ləqəbli üzvü, 27 yaşlı Qərib Gülbala öğlu Dəmirov Qusarın Ənix kəndindəndir. Onun meyidi bu gün Ənix kəndində dəfn edilib.
DTX-nin uğurlu əməliyyatında öldürülən şəxs kimdir?
Sakinlərin verdiyi məlumata görə, Qərib Dəmirov Azərbaycan ordusunda xidmətdə olub, əsgərlikdən sonra bir müddət kənddə təsərrüfatda işləyib, sonra Bakıya gedib. Radikal dini qruplara qoşulub, ailə üzvləri, valideynləri onu bu yoldan çəkindirməyə çalışsalar, tutduğu yolun düzgün olmadığını ona dəfələrlə desələr də onu düzgün yola qaytarmaq mümkün olmayıb.
Kənd ağsaqqallarının bildirdiyinə görə, Qərib Dəmirovun bu cür ölümü bu yola qoşulmaq istəyən gənclərə bir nümunə, bir ibrət dərsi olmalıdır və kənd ağsaqqalları buna təəssüf edir.
Qərib Dəmirov subay olub. DTX-nin təqdirəlayiq xüsusi əməliyyatında öldürülən 28 yaşlı,"Abu Hafsa"ləqəbli Məhəmməd Ulubəyov da bu gün Xaçmazın Köhnə Xudat kəndində dəfn olunub. Onun qaynatası isə Qusardan olub.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları