TƏCİLİ! İstanbulda terror həyəcanı-Metro bağlandı
Hazırda polis əməkdaşları stansiyada yoxlama aparır
İstanbulda Yeni il gecəsi əyləncə klubunda 39 nəfərin öldüyü, 65 nəfərin yaralandığı terror aktını törədən Əbdülqədir Maşaripovun "Bağçılar" metro stansiyasında görünməsi barədə məlumat daxil olandan dərhal sonra polis metronu bağlayıb.
Qadınsaytı.az-ın İstiPress-ə istinadən məlumatına görə, bütün sərnişinlər stansiyadan çıxarılıb. Hazırda polis əməkdaşları stansiyada yoxlama aparırlar.
Şübhəli şəxsin başqa istiqamətə getməsi ehtimalı ilə əlaqədar olaraq ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
f Paylaş