TƏHLÜKƏ: texniki duz qida kimi satılır - AZƏRBAYCANDA

TƏHLÜKƏ: texniki duz qida kimi satılır - AZƏRBAYCANDA
"Satışa növbəti dəfə keyfiyyətsiz duz məhsulları çıxarılıb. Üzərinə yodlaşdırılmış xörək duzu yazılmış bu məhsullar "Artyolsol" nişanı adı altında satılır"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun verdiyi məlumata görə, hazırda xörək duzu altında satışda olan bəzi duzların tərkibi yodsuzdur: "Bu məhsulları başqalarından ayırd etmək asandır. Onun qabının üzərinə [b]"Artyomsol" əvəzinə "Artyolsol" yazıb vurublar. Bununla bağlı müvafiq qurumları xəbərdar etmişik. Bildirmişik ki, bu duz məhsullarının tərkibində yod yoxdur.

Ölkəmizdə duz istehsalı ilə bir böyük şirkət və 3 sex məşğul olur. Əlimizdəki faktları İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmişik və duzların nümunələrini göndərmişik. Həmin qurumlardan isə bizə bildirdilər ki, bu duzların istehsal olunduğun yerləri müəyyənləşdirib onlara xəbər verək. Məgər ictimai təşkilat bununla bağlı gedib araşdırma aparmalıdır ki, görüm kim harada nə ilə məşğul olur?

Tərkibində yod olmayan, yollara səpilmək, dəri aşılamaq üçün istifadə edilən duzları alıb, "Artyomsol"un dövlət nişanı altında qablaşdırırlar. Bundan sonra isə onu əhaliyə satırlar. Təəssüf ki, bu mallar satış mərkəzlərində geniş yayılıb".[/b]

Azad İstehlakçılar Birliyinin sədri yodsuz duzların satış yerləri ilə də bağlı araşdırmaların aparıldığını bildirdi: "Yodsuz duzlar ən çox Xırdalan, Sumqayıt, Şəki, Tovuzda (Xüsusən də Tovuzun Dovlar qəsəbəsində) geniş yayılıb. Yodsuz duzlar habelə kütləvi şəkildə Gəncə ətrafı yerlərdə satılır.

"Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" Qanunun 8.3 bəndinə görə, yodsuz duzun Azərbaycanda satışı qadağandır. Bu duzlar nəinki yodsuzdur, həm də təmizlənməyib. Təəssüf ki, duzla bağlı ayrıca qanun qəbul edilsə də, onun icrasına nəzarət yetərincə deyil".
TƏHLÜKƏ: texniki duz qida kimi satılır - AZƏRBAYCANDASaxta, keyfiyyətsiz duzları keyfiyyətli oxşarından onun üzərindəki digər xüsusiyyətlərlə də ayırmaq olar:

"Keyfiyyətli duzların qabları üzərindəki istehsal tarixi basma üsulu ilə, keyfiyyətsiz məhsulların üzərindəki nişanlar isə mürəkkəblə qeyd edilir. Bununla bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəyəm".//publika.az

Xəbərlər     Baxılıb: 3677   Tarix: 27 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Bu əlamətlər sizdə varsa, yaz allergiyası ola bilər - Görün nələrdən YAYILIR

"Yaz allergiyası əslində immun sisteminin zərərsiz sayılan tozcuqlara qarşı həddindən artıq reaksiyasıdır". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloq

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR

İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə zədələnməyə daha çox meyilli olurlar. xəbər verir ki, mütəxəssislər bunu fiziki zəiflikdən çox, düzgün texnikanın olmaması və tələsik məşq etmə ilə izah edirlər. Peşəka

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Limonlu çay içənlərin DİQQƏTİNƏ

Limonlu çay bəzi hallarda sağlamlığa müsbət təsir göstərsə də, hər kəs üçün eyni dərəcədə faydalı deyil. xəbər verir ki, həkim Yekaterina Antipova bildirib ki, limon həzmi stimullaşdırır, orqanizmin tonusunu və enerjisin

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

sac duzumleri qadın geyimi toy makiyaji sekilleri kivi murebbesi qis salatlarinin hazirlanmasi hamileliyi pozmaq ucun doğumu necə keçirtdim kosmetika vətən haqqında bayatılar novruz bayrami hakisda burclerin uyumu dolça vətənə aid bayatı