"Təkrar yoluxma olarsa, demək, insanlar koronavirusa qrip kimi hər il yoluxacaqlar"

"Təkrar yoluxma olarsa, demək, insanlar koronavirusa qrip kimi hər il yoluxacaqlar"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş tədqiqatçısı Sumya Svaminatanın söylədiyi "İnsanları kütləvi şəkildə yeni növ koronavirus infeksiyasından qorumaq məqsədilə immunitetin formalaşması üçün planetin 65-70 faiz əhalisi peyvənd olunmalıdır" fikirləri hələ ki real görsənmir.
Peyvəndin ixtirasının gecikdiyini nəzərə alsaq, mütəxəssislər alternativ variantları nəzərdən keçirməlidirlər.
Milli.Az bu məqsədlə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidovun fikirlərini öyrənib.
"Təkrar yoluxma olarsa, demək, insanlar koronavirusa qrip kimi hər il yoluxacaqlar"Şöbə müdiri ÜST-ün açıqlamasını şərh edərkən bildirib ki, peyvənd əlçatan olmadıqda və yaxud ümumiyyətlə, yaradılmadıqda bu zaman immunitetin formalaşdırılması mümkünsüz olacağı üçün koronavirusun inkişafının ya dayandırılması, ya məhdudlaşdırılması, ya yayılma sürətinin azaldılması çıxış yolu ola bilər:
"İmmunitetin formalaşması üçün, sadəcə olaraq, sağlam qidalanma, fiziki aktivlik - idman, rejimli gün, o cümlədən psixi sağlamlığın mühafizəsi vacibdir. Yəni, emosional psixoloji sağlam durum. 
İmmuniteti süni olaraq infeksion xəstəliklərdə formalaşdırmaq qeyri-mümkündür. Vaksin və immunlaşdırma onun üçündür ki, insanlarda ya passiv, ya aktiv immunitet formalaşır və vaksinlər bu məqsədlə istifadə olunur ki, həm ölüm hallarının, həm yoluxma hallarının uzun müddətli aradan qaldırmaq üçün. Amma vaksin, peyvənd əlçatan olmadıqda və yaxud ümumiyyətlə, yaradılmadıqda bu zaman immunitetin formalaşdırılmasından danışmaq mümkün deyil.
"Təkrar yoluxma olarsa, demək, insanlar koronavirusa qrip kimi hər il yoluxacaqlar"Burada artıq xəstəlik öz təbii yolları ilə inkişaf edir və o təbii inkişafın ya dayandırılması, ya məhdudlaşdırılması, ya yayılma sürətinin azaldılması süni tədbirlər vasitəsilə mümkün ola bilər. Buna misal olaraq karantin və yaxud maskadan istifadə, əl yumağı göstərə bilərik. Bu da yeni infeksiyalardan asılıdır. Misal üçün, "qarayara", "taun"a indi bu saat Asiya ölkələrində də yoluxma halları qeydə alınır. Və yaxud "sarı qızdırma" virusu, "zika", "ebola" olsun, onların hər birinin yayılma yolları var. Məsələn, malyariyada ağcaqanadların, bataqlıqların aradan qaldırılması ilə malyariyanın yayılmasının qarşısını almaq mümkündür. Koronavirusla bağlı da eyni cür süni profilaktik, preventiv tədbirlər görülür, görülməlidir də. 
Amma kollektiv immunitet məsələsinə gəlincə...
Bu, dövlətdən, insanlardan asılı deyil. Bu, sadəcə olaraq, infeksiyanın təbii inkişafı yoludur ki, eynilə qripdə olubdur, eyni məsələ digər infeksiyalarda olubdur. Əgər koronavirusa qarşı heç bir dərman, heç bir vaksin olmasa koronavirus infeksiyası tədricən bütün insanları yoluxduracaqdır və Yer kürəsində illər ötəndən sonra necə ki, bu saat hər bir yaşlı insanı qripə qarşı yoxlasaq, onun qripə qarşı qanında anti-cisimlər var.
"Təkrar yoluxma olarsa, demək, insanlar koronavirusa qrip kimi hər il yoluxacaqlar"Bu, o deməkdir ki, həmin şəxs ömründə hansısa bir illərdə və yaxud elə hər il qripə məruz qalıbdır, amma bədəni ona müqavimət göstərir. Çünki bədəni artıq bu virusla birinci dəfə qarşılaşmır. Eyni ilə də hər bir insan koronavirus infeksiyası ilə hələ rastlaşmayıbsa, o, deməli, rastlaşacaq. Rastlaşdıqda artıq burada infeksiyanın təbii gedişatı rol oynayacaq, həmin insanın immunitet səviyyəsi digər yanaşı xəstəlikləri və s.
Bunu heç kim əminliklə deyə bilmir
Adətən uşaqlar, gənclər, ümumən sağlam olan şəxslər, yaşı yuxarı olmayan insanlar bu virusu çox rahat keçirirlər, bir problemlə qarşılaşmırlar və o zaman immunitet formalaşır. İndi immunitetin uzunmüddətli davam edəcəyi, 6 ay, illərləmi olacağını demək çox çətindir. Çünki vaxt hələ az keçibdir və bunu heç kim əminliklə deyə bilmir. Bunun üçün bir neçə il lazım olacaq ki, əminliklə demək olsun ki, immunitet qızılcada, məxmərədə, hepatitlərdə olduğu kimi uzunmüddətlidir, yoxsa immunitet çox qısa müddətlidir. Bu da artıq qrip vəziyyətinə gəlib çıxır. Sadəcə, qripdən fərqli olaraq əgər koronavirusa təkrar yoluxmalar təsdiq olunarsa, onda, deməli, burada peyvənddən başqa çıxış yolu olmayacaqdır. Peyvəndin də burada əsas məqsədi o olacaqdır ki, o peyvənd 1 ilmi, 5 ilmi, 10 ildənmi bir vurula bilər və vurulduqdan sonra orqanizm həmin dövrdə o virsua qarşı müqavimətli olur və virus ona ciddi zərər yetirə bilmir.
"Təkrar yoluxma olarsa, demək, insanlar koronavirusa qrip kimi hər il yoluxacaqlar"COVİD 19-dan ölüm riski qripdən fərqli olaraq daha yüksəkdir
Amma peyvənd olmadığı dövrdə koronavirus çox böyük problemlər yaradacaqdır. Çünki təkrar yoluxma halı olarsa, təsdiqlənərsə, immunitet davamlı formalaşmazsa, bu, o deməkdir ki, qrip kimi insanlar hər il, bir neçə ildən bir mütəmadi olaraq koronavirusla rastlaşdıqca yoluxacaqlar və müxtəlif səbəblərdən asılı olaraq hansısa orta, yüngül, ağır dərəcəli COVİD-19 xəstəliyi inkişaf edə bilər, hətta ölümlərə də səbəb ola bilər. Burada COVİD 19-dan ölüm riski qripdən fərqli olaraq daha yüksəkdir. Bunu da nəzərə almaq lazımdır. Təəssüflə qeyd etmək lazımdır ki, COVİD-19 çox məxsusi bir infeksiyadır. Ona görə də dövlətlər bütün resururslarını səfərbər edirlər ki, bütövlükdə bəşəriyyət olaraq bu koronavirus kimi infeksiyalarla həm indi, həm gələcəkdə mübarizələri daha effektiv olsun və bu cür yeni infeksiyaların peyda olmasının qarşısı alsınsın. Çünki əks təqdirdə COVİD kimi infeksiyalar çox ciddi və uzunmüddətli problemlərə gətirib çıxara bilər".
Təhməz Əsədov
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1251   Tarix: 31 avqust 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qis geyimləri 2026 aciq zedelenmeler yaralar qizilgul haqqinda melumat xolesterini azaldan qidalar qozlu toyuq salati kosmetika novruza aid hakışda vicdan novruz hakistalari hekaye janri bedii edebiyyat