Tənbəllik, gücsüzlük, yorğunluq - Heç nə etmək istəməyənlərin diaqnozu

Tənbəllik, gücsüzlük, yorğunluq - Heç nə etmək istəməyənlərin diaqnozu"Heç nəyə həvəsim qalmayıb, sanki gücüm gedib, tənbəlləşmişəm, heç nə etmək istəmirəm, sanki hər şey əlimdən çıxır".
Daha çox qadınların son zamanlar çox dediyi şikayətlərdir.
Bəzən bu hallar həqiqətən xroniki tükənmə sindromunda, bəzənsə ciddi xəstəliklərdən, orqanizmdə dəyişikliklərdən xəbər verir.
Milli.Az xəbər verir ki, rusiyalı nevroloq Anna Cvetkova bu dərəcədə yorğunluğun səbəblərini açıqlayıb.
"Tibdə tənbəllik diaqnozu yoxdur. Sadəcə apatiya, depressiya, hormonal pozulma, motivasiyanın olmaması, xroniki yorğunluq kimi diaqnozları ümumiləşdirib tənbəllik adı altında birləşdiriblər.
Hər şeyi tənbəlliyə bağlamaq olmaz. Yaşamaq və işləməyə güc qalmayıbsa, birinci növbədə mütləq tibbi müayinədən keçmək lazımdır: terapevt, endokrinoloq, nevroloq. Çünki bu əlamətlər nevrozdan tutmuş qanazlığı, hormonal pozulma, zob, qaraciyər probleminə kimi uzana bilər.
Çox qadınlar, analar sadəcə acdırlar. Onlar normal qidalanmır, arıqlamaq üçün özlərini üzür, uşaqla yorulur.
Gücsüzlük hətta onkoloji xəstəliyin əlaməti də ola bilər. Bu nadir halda olur, amma yenə də həkimə getməyə əsas var.
Hətta bir pasiyentimdə axşama doğru güclü yorğunluq başlayırdı, göz qapaqları aşağı düşürdü, gözləri çox dəyişmişdi. Biz onda əzələ xəstəliyi - miasteniya aşkarladıq. Bu ciddi autoimmun xəstəlikdir.
Xroniki yorğunluğu adi yorğunluqdan necə fərqləndirməli?
Axşama doğru yolulub yatağa güclə düşüb yatmaq normaldır. Anormallıq heç yorulmamaq olar. Şəhər insanı, 2-3 övladı olan, işləyən analar daha çox yorulur.
Əgər bir insan bir neçə ay, il eyni vəziyyətdə eyni işlə məşğul olub, dələ kimi qəfəsdə qaçırsa, geci tezi fiziki və emosional yanmaya səbəb olacaq. İnsan yatır, dincəlir, işə getmir, amma bununla belə yorğunluğu azalmırsa, o zaman müayinə olunmalı və xroniki yorğunluqdan şübhələnmək lazımdır. Beynin daim işlə, ailə ilə uşaqlarla fon gərginliyi bir çox ağrı və xəstəliklərə triqqer ola bilər.
Baş, boyun ağrıları, miqren və s.
Əgər bu əlamətlər varsa, o zaman sos siqnalı vermək lazımdır:
- Səhər tezdən oyanandan fiziki yorğunluq, əzələlərdə ağrı
- Limfa düyünlərinin şişməsi
- Əzələ kütləsinin əriməsi, arıqlamaq
- İştahın itməsi
- Tərləmə, susama
- Bədəndə ağrılar
- Böğazda şişkinlik
- Ürəkbulanma
Bu zaman terapevtə müraciət edib, standart analizləri vermək lazımdır.
Depressiv vəziyyətdə isə psixiatra müraciət edilməlidir. Daha çox yeni ana olan qadınlarda bu vəziyyət yaranır". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1010   Tarix: 17 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

makiyaj instagram sac duzumleri yemek reseptleri qadın testləri noxud sorbasi bürc uyğunluğu boy uzadan kosmetika veten toyuq salati novruza aid hakista qizlar novruz bayramına aid bakışta