Tər xiyarlı, qozlu toyuq salatı
Ərzaqlar
200 q toyuğun döş əti
1 ədəd tər xiyar
1 ədəd alma
1/2 st qoz ləpəsi
1 ədəd kahı
1 ədəd limon
2-3 diş sarımsaq
4-5 x.q. bitki yağı
duz
istiot
Hazırlanması
Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq.
Xiyarı dörd künc doğrayırıq.
Qozu sürtgəcdən keçiririk.
Almanın qabığını soyub dörd künc doğrayırıq.
Salat üçün şirəni düzəldək. Bitki yağının üzərinə əzilmiş sarımsağı, limonun şirəsini, duzu və istiotu töküb yaxşı qarışdırırıq.
Kahı yarpağını əlimizlə kiçik hissələrə bölürük.
Kahı ilə toyuğun döş əti, xiyar, alma və qozu qarışdırırıq.
Salatın şirəsini əlavə edib qarışdırırıq. Zövqə görə bəzəyirik.
Nuş olsun!









Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Qəhvəni bu saatda için
Göz quruluğunun səbəbi bəlli oldu
Azərbaycanlı şoumen aliment davasında qalib gəldi
Röya Ayxandan yeni ekran həyəcanı: "Baldır Yar
Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR