Təzyiqi ölçəndə bu səhvlərə yol verməyin! Yanlış nəticə alacaqsınız
Həkimlər təzyiq ölçən zaman xəstələrin ən yayılmış səhvlərini sadalayıb.
Bu səhvlər təzyiqin düzgün ölçülməməsinə səbəb olur. Bu isə öz növbəsində çox ağır fəsadlara səbəb ola bilər.
1. Tonometrin manjetini paltarın üzərindən taxmaq. Bu təzyiqi olandan 5-40 mm.c.st. çox və ya az göstərə bilər.
2. Çox kiçik manjet. Təzyiqi 5-10 mm.c.st. çox göstərə bilər.
3. Təzyiq ölçəndə danışmaq və ya hər hansı hərəkətlər etmək. Təzyiqi 10-15 mm.c.st. çox göstərə bilər.
4. Təzyiqi ölçəndən əvvəl mütləq 10 dəqiqə sakit oturmaq və dincəlmək lazımdır. Əks halda bu təzyiqi 10-30 mm.c.st. çox göstərə bilər.
5. Təzyiqin ölçülməsi zamanı düzgün oturmamaq. Təzyiqi 5-15 mm.c.st. çox göstərə bilər. Təzyiq ölçüləndə insan stulda oturmalı, ayaqlar yerdə olmalı, bel stula söykənməlidir.
6. Təzyiqin ölçülməsi zamanı bədənin hər hansı yerində ağrı hissi (diş, baş, qarın, ürək və s.). Təzyiqi 10-35 mm.c.st. çox göstərə bilər.
7. Ayağı ayağın üzərinə qoymaq. Təzyiqi 5-8 mm.c.st. çox göstərə bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi