Təzyiqin aşağı-yuxarı rəqəmləri nəyi bildirir? - Geniş İZAH

Təzyiqin aşağı-yuxarı rəqəmləri nəyi bildirir? - Geniş İZAHArterial təzyiq -ürəkdən qanın damarlara qovulması və qan damar sisteminin fəaliyyətinin vəziyyətini göstərən göstəricidir
Qanın axma sürəti, damarlarda axını və orqanlara çatma tezliyini müəyyən edir.
Ona görə hər bir insan təzyiqini ölçməli, bilməli, hansı təzyiqin normadan kənara çıxdığını anlamalı və ümumiyyətlə, təzqiyi barədə məlumatlı olmalıdır.
Milli.Az təzyiq barədə ətraflı məlumatı təqdim edir.
Aşağı-yuxarı təzyiq nədir?
Bunlar ürəyin işini göstərən vacib parametrlərdir.
Təzyiqi tonometr adlanan cihazla ölçürlər.
Orda çıxan birinci rəqəm, hansı ki, həmişə ən yüksəyi olur, yuxarı arterial təzyiq - sistolik təzyiq adlanır. O, ürəyin işini, sağlam olub-olmamasını göstərə bilər.
İkinci rəqəm isə aşağı təzyiq - yəni diastolik təzyiqdir, ürəkdən çıxan və digər orqanlara qanı daşıyan damarların işinin necə olmasının göstəricisidir.
Məsələn, 120/80 təzyiqdə 120 yuxarı təzyiq -ürəyin vəziyyəti, 80- aşağı təzyiq - damarların vəziyyətidir.
Yuxarı - sistolik təzyiq :
Ürəyin mədəciklərinin yığılması nəticəsində yaranır. Yəni mədəcik yığılır, təzyiq yaranır.
Tonometrlə ölçəndə qulaqda fonendoskopla eşidilən ilk nəbz vurğusundan yuxarı təzyiq hesablanır.
Sistolik təzyiq ürəyin əzələsinin yığılıb açılmasından, damarların gərginliyi və tonusundan, ürəyin müəyyən zaman aralığında yığılmasının sayından asılıdır.
Aşağı təzyiq:
Ürək əzələsi qanı qovandan sonra tam boşalan anda qeydə alınan göstəricidir.
Tonometrdə qulaq asanda ürəyin ritmi, döyüntüsü hansı rəqəmdə itirsə, o rəqəm aşağı təzyiq göstərici hesab edilir.
Diastolik aşağı təzyiqi eyni zamanda böyrək mənşəli də hesab edirlər. Çünki damarların tonusuna, qanı qovmasına böyrəklərin qana atdığı renin adlı maddə təsir edir. Ona görə diastolic təzyiqə böyrəklərin əlaqəsi var.
Yuxarı təzyiqlə aşağı təzyiq arasında fərq 40-45 olmalıdır. Yəni aşağı təzyiq mütləq yuxarıdan 40 rəqəm aşağı olmalıdır. Ondan az və ya çox olması problem və xəstəlikdən xəbər verir.
Normal təzyiq nədən asılıdır?
İdeal təzyiq 17-yaşdan 55 yaşa kimi 120 /80 mm civə sütunu hesab edilir. Yəni sistolik 120, diastolik 80 olmalıdır.
Bundan 5 rəqəm aşağı yuxarı da normaya yaxındır. Yaşlılarda yuxarı təzyiqin 135-ə kimi olması yol veriləndir.
Lakin bəzən normal sağlam adamlarda da təzyiq bəzi səbəblərdən qısa müddətə qalxıb enə bilər.
- Məsələn, qaçanda, əsəbləşəndə, qorxu zamanı, yuxuda, yemək yedikdən sonra və s. Eləcə havanın təsirindən təzyiq dəyişə bilər.
Ona görə də 100/60- la 135/85 arasında dəyişən təzyiq patologiya hesab edilmir və əgər insan özünü normal hesab edirsə, deməli problem yoxdur.
Əgər 100/60 təzqiyində və ya 135/80-da insan özünü pis hiss edirsə, baş gicəllənmə, ürəkbulanma, baş ağrısı, halsızlıq, ürək sıxılma baş verirsə, deməli, xəstədə ya hipotoniya, aşağı təzyiq, ya da hioertoniya - yüksək təzyiq problemi var.
Təzyiqi normal saxlayan amillər:
Normal təzyiqi orqanizmin 2 sistemi idarə edir: sinir və humoral sistem. İri arteriya damarlarının içində yerləşən reseptorlar təzyiq normadan düşən və ya qalxan kimi beyinə siqnal ötürür, o da digər orqan və sistemlərə əmr göndərərək, təzyiqin normallaşdırılması üçün göstərişlər verir.
Bu zaman humoral sistem işə düşür. Əgər insanda təzyiq çox düşübsə, özünü halsız hiss edirsə, böyrəküstü vəzilər adrenalin hasilini artırır və arterial təzyiqi qaldırır.
Təzyiqin daim aşağı və ya yuxarı olmasına səbəb nədir:
- Ürəyin işində pozulma
- Damarların vəziyyətinin pisləşməsi
- Baş beyində qan dövranı pozulması. durğunluq
- Böyrək çatışmazlığı
- Şəkərli diabet
- Daimi stress vəziyyəti
Ona görə də bir iki ay ərzində daimi olaraq təzyiqinizin normadan yuxarı və ya aşağı olduğunu görürsüzsə, mütləq həkimə müraciət edib, səbəbi araşdırmalısız. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1010   Tarix: 08 noyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

yaz geyimleri 2026 aksessuarlar toy makiyajlari üzdə sızanaqlar ciyer qovurmasi qadin ve kisinin seksi göyəmin faydası kosmetika cinsi əlaqə novruz bayrami hakisda ana haqqinda bayati hakisda sağlamlıq