Tiklər oğlan uşaqları arasında daha çox müşahidə olunur

Tiklər oğlan uşaqları arasında daha çox müşahidə olunurAni, istənilmədən baş verən və təkrarlanan refleks hərəkətləri tik adlanır. Bu, eyni zamanda, əzələ sıxılması ilə müşahidə olunan, psixoloji səbəblərdən irəli gələn bir problemdir. Tiklərin əmələ gəlməsinə həddən artıq stress, qorxu, kiçik yaşlarda baş verən bəzi xoşagəlməz hadisələr, problemli ailələrdə uşaqların gözü qarşısında valideynlərin münaqişələri, bəzi yüksəkhərarətli xəstəliklər, beyində yaranan bir sıra xəstəliklər səbəb ola bilər. Daha çox maksimalist valideynlərin övladlarında belə problemlər qeydə alınır. Onu da qeyd etmək lazımdır ki, psixoloji basqıların artması problemin yaranmasına və mövcud narahatçılığın daha da dərinləşməsinə səbəb olur. Sinir sistemində meydana çıxan narahatlıqlar bu problemə birbaşa təsir göstərir. Belə ki, beyində olan hər hansı bir orqanik zədələnmələr zamanı beyində qan dövranı pozuntuları yaranır ki, bu da tiklərin əmələ gəlməsinə rəvac verir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a nevropatoloq Yeganə Rəşidova məlumat verib.
"Müxtəlif yaş qruplarında ortaya çıxmasına baxmayaraq, xəstəlik özünü müəyyən yaş dövründə daha qabarıq büruzə verir. Belə ki, tiklər 3-6 yaşda uşaqlıq böhranı, 12-15 yaşında yeniyetməlik böhranı dövrünə təsadüf edə bilər. Bəzən bağça, məktəb dəyişdikdə tiklərin artması və ya yoxdursa, ilkin əlamətlərinin nəzərə çarpması mümkündür. Bu zaman valideynlərin uşaqları tənbeh etməsi, onlara psixoloji basqı göstərməsi düzgün deyil. Əgər uşaqlarla düzgün davranış forması seçilməsə, problem daha da dərinləşə bilər.
Adətən tiklər oğlan uşaqları arasında daha çox müşahidə olunur. Bunun səbəbləri müxtəlifdir. Tiklər nəzərə çarpan zaman ilkin olaraq nevropatoloqa müraciət olunmalıdır. Həmin uşaqların müalicəsi üçün nevropatoloqla yanaşı, bəzən psixoloqlar da məşğul olurlar", - deyə Y.Rəşidova qeyd edib.
Nevropatoloqun sözlərinə görə, tiklər qalıcı və keçici olur. Bir ildən az davam edən tiklər keçici, çox olanda isə qalıcı hesab edilir. Keçici tiklərə əsasən 8 yaşdan yuxarı uşaqlarda rast gəlinir. Qalıcı tiklərə xroniki tik deyilir və adətən yetkinlik yaş dövründən etibarən başlayır.
Mütəxəssis bildirib ki, tiklər nevroloji və psixoloji səbəblərdən yaranır. Nevroloji tiklər dərman müalicəsi ilə tənzimlənə bilir. Emosional olanlar isə psixoloji tiklərdir. Bura həyəcan pozuntusu səbəbindən yaranan tikləri aid etmək olar: "Tiklərin motor, hərəkət və səsli növləri var. Danışıq zamanı lazım olmayan bir sözün işlədilməsi sözlü tik adlanır. Motor tikləri üz, göz, boyun, çiyin, qol əzələlərinin qeyri-ixtiyari hərəkətidir. Səsli tiklərə bəzən vokal tiklər də deyilir. Bu tiklərə səbəbsiz tez-tez öskürməyi də aid etmək olar. Belə xəstələr uzun müddət öskürəyə qarşı müalicə alsalar da effekt əldə etməyib nevropatoloqa üz tuturlar. Həmin tiklərin yaranmasına səbəb kimi beyindəki epileptik ocağın mövcudluğunu da qeyd etmək olar. Nevroloq xəstəliyi erkən aşkarlaya və onun əlamətlərini qısa müddət ərzində aradan qaldıra bilər. Tikin müalicəsi dərmanlarla mümkündür. 80 faiz halda effekt əldə etmək olur. Lakin bu, müalicəsi uzun sürən problemdir.
Tikin ən ağır forması Turetta sindromu adlanır ki, bu da problemin hər üç növünün birləşməsindən irəli gəlir. Belə ki, motor, hərəkət və səsli tiklərin birləşməsindən yaranan sindrom Turetta sindromudur. Sindromun yaranma səbəblərinə gəldikdə isə, bu spesifik genə sahib olanlarda daha çox inkişaf edir. Yəni sindrom irsi yolla ötürülə bilər. Belə ki, problemin valideyndən uşağa keçmə ehtimalı 50 faizdir. Lakin sonradan qazanılma, travmatik mənşəli də ola, uzun müddət psixoloji basqı altında yaşayan uşaqlarda qeydə alına bilər. Sindromdan əziyyət çəkənlər çiyin, qol hərəkətləri edir, müəyyən səslər çıxarır və vulqar sözlər işlədirlər. Bu da onların xəstəliyindən xəbərsiz olan insanlar tərəfindən düzgün anlaşılmır.
Bəzi hallarda Turetta sindromu valideynləri sağlam olan insanlarda da rast gəlinir. Hamiləlik zamanı dərman preparatlarını çox qəbul edən və ya yüksək temperaturla müşayiət olunan xəstəlik keçirənlərin körpələrində xəstəliyin inkişaf riski daha da arta bilir.
Bundan əlavə, sindrom mikrobla yoluxan xəstəliklər, stress, intoksikasiyalar, alkoqollu, zəhərli maddələr, bədənin temperaturunu artıran xəstəliklər səbəbindən də meydana çıxa bilər.
Lakin sevindirici haldır ki, problemin göstəriciləri yeniyetməlik dövrünün bitməsi ilə azalır. Ancaq bəzən sindromun bəzi əlamətlərinin qalması da müşahidə olunur. Yetkin insanda sindromun bəzi əlamətləri qala bilər. Bunlar tiklər, koprolaliya və depressiya, panik atak, əhvalın oynaması və s. kimi bəzi psixi pozuntulardır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1256   Tarix: 24 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

sac duzumleri geyim seçimi qaşların formalari laminat parket tutma reseptleri sarimsaqla qurdun mualicesi soyuqdəymə müalicə kosmetika vetene aid bayatilar kökəlmək üçün aybawi novruza aid hakışda vetene aid bayati