Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıb

Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıbYapon alimlər diş itkisinə qalıcı həll ola biləcək inqilabi bir dərman üzərində çalışıblar. Dişlərin təbii yolla yenidən böyüməsini hədəfləyən müalicə heyvanlar üzərində uğurlu nəticələr verib və hazırda insanlar üzərində sınaqdan keçirilir. Əgər nəticələr müsbət olsa, bu metod 2030-cu ilə qədər doğuşdan diş əskikliyi olan uşaqlardan tutmuş dişlərini itirən böyüklərə qədər milyonlarla insana ümid ola bilər.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, insan orqanizmində 206 sümük var və onlar zədələndikdə özünü bərpa edə bilir. Ancaq dişlər, bədənin ən sərt hissələrindən biri olmasına baxmayaraq, yenilənmə qabiliyyətinə malik deyil. Yaponiyalı alimlər bu çatışmazlığı aradan qaldırmaq üçün yeni üsul hazırlayıblar.
Araşdırmanın əsasında diş böyüməsini maneə törədən "USAG-1" adlı xüsusi antikor dayanır. Kyoto Universitetinin alimləri 2021-ci ildə bu antikorun təsirini bloklayaraq diş inkişafını hərəkətə gətirən üsul kəşf ediblər. Bu metod sümük morfogenetik zülallar (BMP) ilə antikor arasındakı əlaqəni kəsir. Gəlinciklər üzərində aparılan sınaqlar müsbət nəticə verib və bunun ardınca insanlar üzərində klinik testlərə başlanılıb.
2024-cü ilin sentyabrında 30-64 yaş arası və ən azı bir dişi əskik olan 30 kişi üzərində klinik sınaqlar başlandı. Dərman damardaxili yolla verilir və test prosesi 11 ay davam edəcək. Heyvanlar üzərində aparılan əvvəlki sınaqlarda heç bir yan təsir müşahidə edilmədiyi üçün mütəxəssislər nikbindir.
Gələcək mərhələdə doğuşdan diş əskikliyi olan uşaqlar da bu müalicədən faydalana biləcək. Kitano Xəstəxanası xüsusilə 2-7 yaş arası uşaqlarda tətbiq etməyi nəzərdə tutur. Məqsəd - 2030-cu ilə qədər dişlərin yenidən böyüməsini təmin edən bu müalicəni geniş istifadəyə təqdim etməkdir.
"USAG-1-in bloklanmasının diş əmələ gəlməsinə təsirini bilirik. İndi isə bunun insanlarda da işləyib-işləmədiyini yoxlayırıq. Hədəfimiz odur ki, bu müalicə doğuşdan diş problemi yaşayanlar da daxil olmaqla, dişlərini itirən hər kəs üçün yeni bir ümid olsun".
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1102   Tarix: 11 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

toy gecesi kosmetika mehsullari qaşların formalari kişi xəyanət yaz geyimleri atalar sozleri veten haqqinda dolmalar kosmetika seksi masqalar oğlan evine aid hakisda cinsi elaqe novruz bayramına aid hakışda