Toy gecəsi haqqında bilmədikləriniz

Toy gecəsi haqqında bilmədiklərinizNikahın taleyi birinci toy gecəsi (zifaf gecəsi) həll olunur... Toy gecəsini zorlama ilə başlamayın, belə hallar az olmur ki, bu cür "qanuni zorlamadan" sonra qadın öz ərindən iyrənir.

Hətta gənc qadın düzgün cinsi tərbiyə almayıbsada kifayət qədər tez-tez müşahidə olunur ki, onlar nikaha qədər hər-hansı bir səviyyədə cinsi rəfiqələrin, kitabların, elmi-populyar tibbi jurnal və məqalələrin sayəsində cinsi həyata hazırlanmışdır. Normal təzahür sayılır ki, o həyəcan və qorxu ilə zifaf gecəsini gözləyir və inanır ki həmin gecə onu öz sevimli əri ilə birləşdirir.

Zifaf gecəsi qadın hissiyyatının doğulmasında xüsusi vacib rol oynayır. Kifayət sayda kişilərə məlum deyilki incəlik və anlayış qadınlarda olduğu kimi cinsi əlaqəyə qarşı istilik və yaxud soyuqluq yarada bilər. Bundan sonra qadının həyatında qarşısına çıxan adamla çətinki bunu düzəldə və ya aradan qaldıra bilər.

Zifaf gecəsi romantika və incəliklə zəngin olmalıdır, çünki hər bir insanın həyatında bu hadisə bir dəfə baş verir. Əgər ər öz gənc həyat yoldaşına qarşıdırsa bu hal hansısa səviyyədə qadının utancaqlığını aradan qaldırır və onu ehtiraslandırır.

Gənclər yatağa uzananda kişi qadının əsas eroqen zonalarını (döşlərin gilələrini, budların daxili səthi və klitor) sığallamalıdır. Məsləhət olardı ki, hətta bu sığallarnan kişi qadını orqazm dərəcəsinə çatdırsın.

Sonrakı 2-3 saat ərzində bütün mümkün olan nəvaziş və ehtiyatla deflorasiyanı (qızlıq pərdəsinin tamlığının pozulması) həyata keçirmək lazımdı. Belə qadın soralar ərinin sığallarını minnətdarlıqla qəbul edəcək, onları gözləyəcək və elə həmin məmnuniyyətlədə cavab verəcək. Əgər gözlənilən nəvazişin əvəzinə qadın birinci nikah gecəsi kobudluqla, istəklərin puç olması ilə qarşılaşırsa, gələcəkdə bu qadının psixikasına mənfi təsir edəcək, buda soyuqluğun ilk mərhələsi olacaq. Hətta cinsi həyatda ən təcrübəli kişilərə belə öz qabiliyyətlərini bütünlüklə zifaf gecəsi nümayiş etdirmək məsləhət deyil, belə ki bu gənc qadına heç də xoş olmayan təsir bağışlayar. Kişilər yadda saxlamalıdırlar ki, qadının ərinə qarşı hörmətsizliyinin əsas səbəblərinə zəif iradəliliyi, cəmiyyətdə yüksək olmayan mövqeni, fiziki qeyri-cazibədarlığı və kobudluğu misal göstərmək olar. Ən başlıcası isə cinsi münasibətlərdə kobudluqdur, əsasən də zifaf gecəsi.

Qızla oğlan arasında intim yaxınlıq, əsasən də zifaf gecəsi, tam ayıqlıq vəziyyətində baş verməlidir. Bu müdrik qanun ən qədim zamanlardan nikah mərasiminin əsasını təşkil etmişdir. Gənclərə spirtli içkilər içmək və doyunca yemək qadağan olunur. Bu ona görə edilir ki, lap kiçik miqdarda olsa spirtli içki cinsi aktivliyə təsir edə bilər, bu da gələcək nəslin inkişafına pis təsir edə bilər. Belə hamiləlikdən doğulmuş uşaqda müəyyən problemlər özünü kiçik yaşlarında göstərməsə də uşaq böyüdükcə problemlərdə üzə çıxacaq.

Bəzən gənclərə müstəsna hal kimi əsəb gərginliyini və utancaqlığı aradan qaldırmaq məqsədi ilə az miqdarda spirtli içkiyə icazə vermək olar. Bundan başqa şampan şərabı hər hansı bir ölçüdə cinsi aktivliyə də kömək edir. Saysız miqdarda sağlıqlar deyib spirtli içkilər qəbul etmək isə yolverilməzdir.

Bir çox insanda belə bir düzgün olmayan fikir formalaşmışdır ki deflorasiya ancaq zifaf gecəsi baş verməlidir. Həmişə belə olmur. Burada təkcə cinsiyyət üzvünün sərtliyi əsas rol oynamır, həmdə qızlıq pərdəsinin quruluşundan da çox şey asılıdır. Elə hallarda baş verir ki, pərdənin sərtliyi o dərəcədə olur ki, onun yırtılması bir neçə cəhddən sonra baş verir. Belə hallar seksual münasibətlərdə savadsız olan kişiyə travma da gətirə bilər. Digər halda mümkündür ki, qızlıq pərdəsi ya anadangəlmə olmur və yaxud idmanla məşğul olduqdan sonra bacarıqsız yuyunmalar zamanı travma ala bilir. Bütün bunları hər iki tərəf bilməlidir ki, sonradan inamsızlıq əmələ gəlməsin.

Əgər gənc ər seksual məsələlərdə savadsızdırsa və əvvəllər heç vaxt qadınla olmayıbsa, belə olan halda ilk toy gecəsi onda da özünə inamsızlıq və həyəcan hissləri yarada bilər. Bu vəziyyətdə ona atasının və yaxud qardaşının məsləhəti çox kömək ola bilər. O bütün bunları toy gününə qədər danışıb həll etməlidir. Seksual məsələlərdə daha təcrübəli olan adamlar gənc ərə başa salmalıdırlar ki, hər hansı bir vəziyyətdə özünü necə aparmalıdır. Əgər ilk cəhd uğursuz alınarsa, onda uzunmüddətli sinir pozuntu və tormozlanmalar yarana bilər ki, bunun da müalicəsi çox çətindir.

Birinci toy gecəsi qadının və kişinin həyatında sınma anıdır, hətta onlar bu ana qədər cinsi münasibətlərdə olsalar belə. Gənc qadının təkrarolunmazlığı və məxsusiliyi bütün ömrü boyu yadda qalmalıdır.
Qadınlar.biz

Ailə və Uşaq     Baxılıb: 27124   Tarix: 09 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

turlar.az

qis geyimləri 2025 qaşların formalari adlarin menasi maskalar saç üçün gənc ailə dogum cantasinda ne olmalidir kişi xəyanəti kosmetika buga burcu sağlamlığa aid atalar sözləri xlor lekesi oxatan vətən haqqında bayatı