Tromboflebit - varikoz xəstəliyinin ağırlaşması

Tromboflebit - varikoz xəstəliyinin ağırlaşmasıTromboflebit qan damarların xəstəliyidir. Bu xəstəlik zamanı damarın divarı iltihablaşır və damarın mənfəzində tromb (qan laxtası) əmələ gəlir.
Tromboflebit çox ağır patologiya sayılır ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalar verə bilər və hətta xəstənin ölümünə səbəb ola bilər. Xəstəliyin diaqnostikası və müalicəsi ilə həkim-fleboloq məşğul olur.
Tromboflebit bir çox hallarda varikoz xəstəliyi fonunda inkişaf edir. Məhz bu səbəbdən varikoz mütləq və vaxtında müalicə olunmalıdır. Digər səbəblər arasında:
- qanın laxtalanmasının artması (irsi ola bilər),
- ağır susuzlaşma,
- damara tez-tez kateterin taxılması (bəzi xəstəliklər, cərrahi əməliyyatlar zamanı və s.),
- travmalar (sınıqlar, əzilmələr və s.),
- istənilən cərrahiyyə əməliyyatları,
- onkoloji xəstəliklər,
- hamiləlik və doğuş,
- infeksiyalar və iltihablar,
- artıq çəki,
- ziyanlı vərdişlər (alkoqollu içkilərin həddən artıq qəbulu, siqaret çəkmək vərdişi).
Tromboflebit əksər hallarda aşağı ətraflarda inkişaf edir. Lakin digər damarlarda da inkişaf edə bilər.
Tromboflebitin ilk simptomlarında mütləq həkimə müraciət etmək lazımdır. Vaxtında müalicə olunmamış və ya düzgün müalicə olunmamış tromboflebit tromboemboliyaya səbəb ola bilər. Tromboemboliya çox ağır pozulmadır. Damarın  daxilində olan tromb qan axını ilə hərəkət edə bilər. Tromb digər damarlara və daxili orqanlara düşə bilər. Tromb ağ ciyərlərin arteriyalarına düşdükdə arteriyanın mənfəzi tutulur (buna "tromboemboliya" deyilir) və bu ağır qan dövranı və nəfəsalma pozulmalarına səbəb olur. Bir çox hallarda belə xəstələr reanimasiya şəraitində müalicə alır. Tromb çox böyük olduqda tromboemboliya sürətlə inkişaf edir və xəstənin həlak olması ilə nəticələnir.
Tromboflebitin digər ağırlaşması zədələnmiş ayaqda trofik xoraların əmələ gəlməsidir. Bu xoralar müalicəyə çətinliklə tabe olur, bağlandıqdan bir müddət sonra təkrar açılır.
Tromboflebitin simptomları:
- iltihablaşmış damarın yerində dəri qızarır və daha isti olur (yerli hərarət artır),
- bəzən xəstədə bədən hərarəti arta bilər (38 C kimi),
- xəstə ayaqda dartıcı ağrılar, ağırlıq hiss olunur,
- ödem (şişkinlik) inkişaf edir,
- xəstə ayağın hərəkətliliyi (xüsusilə uzun müddət ərzində gəzdikdə və ya ayaq üstə olduqda) pozulur.
Varikoz xəstəliyi olan insanlar xüsusilə diqqətli olmalı və tromboflebitin ilk simptomlarında fleboloqa müraciət etməlidir.
Müayinədən sonra xəstəyə müalicə təyin olunur. Tromboflebit konservativ (dərmanların köməyi ilə) və cərrahi üsullarla müalicə oluna bilər. Hər bir konkret halda müalicə taktikasını müalicə həkimi tərəfindən təyin edilir.
Konservativ müalicə zamanı xüsusi iltihabəleyhinə preparatlar (diklofenak, ibuprofen və s.), tromblaşma prosesi ilə mübarizə aparan preparatlar (fraksiparin, heparin və s.), trombları "əridən" preparatlar, lazım olduqda antibiotiklər və s. istifadə olunur. Həmçinin xəstəyə kompressiya (sıxma) edən kolqotlar, qolflar təyin olunur. Xəstəyə yataq rejimi və bol mayenin qəbulu təyin olunur.
Ağır vəziyyətlərdə cərrahiyyə müalicəsi tətbiq oluna bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1279   Tarix: 28 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

qadın geyimi sade makiyaj sekilleri toy makiyajlari yuxuyozma qas qalinlasmasi ucun maskalar gundelik burcler şirniyyat və tortlar kosmetika sevgi sekis azerb clpaq qadinlari toyuq salati oxu az