Tuberoskleroz ürək, böyrək, gözlər, ağciyərlər, sümüklər və digər orqanları əhatə edir

Tuberoskleroz ürək, böyrək, gözlər, ağciyərlər, sümüklər və digər orqanları əhatə edirTuberoskleroz kompleksi dəri və sinir sistemini zədələyən bir xəstəlikdir. Autosom dominant (genetik) xəstəlikdir. Epilepsiya və əqli geriliklə gedən bir sıra orqanları zədələyir. Ən çox körpəlik dövründə infantil spazmlarla üzə çıxır.
Klinik əlamətlər xəstənin yaşına və zədələnən orqanlara görə fərqlidir. Xəstələrin 80-90% epilepsiya ortaya çıxır. Tutmalar erkən körpəlik dövründə başlayır. Tuberoskleroz xəstəliyi zamanı infantil spazmlar görünür. Xəstələrin yarısında qavramada çətinliklər, ciddi əqli ləngimələr diqqət defisiti və davranış pozğunluqları, autizm spektrum pozğunluğu qeyd edilir.
Xəstələrin 96% dəridə dəyişikliklər müşahidə edilir. Adenoma sebaseum - burun, yanaqlar və çənəni əhatə edən kəpənək şəklində çəhrayı-qırmızı yayılan angiofibroma lezyonudur. Əsasən 1-4 yaşlarda üzə çıxıb uşaqlıq dövrü və ərgənlik dövründə daha çox diqqəti çəkir.
Xəstəlik beyin və dəri xaricində ürək, böyrək, gözlər, ağciyərləri, sümükləri və digər orqanları əhatə edir.
Ayaqlarda və gövdədə oval ya yarpaqşəkilli ağ ləkələr yaranır. Bu xəstələrin saçında da ağ tüklər görünür. Dırnaq altında və ətrafında fibromlar, əsasən də böyük yaşlarda inkişaf edir.
Nevroloji əlamətlərdən başqa böyrəklərdə də angiomiolipomlar və kistalar yaranır. Bu zaman həyatı təhlükəsi olan qanamalar da baş verə bilər. Ürəkdə yaranan rabdomiomalar ürək-qan damar sistemində problemlərə yol açır.
Tuberoskleroz xəstələrin ağciyərində də kistoz dəyişikliklər yaranır. Gözün torlu qişasında yaranan hamartomalar görmədə problemlərə səbəb olur. Hamartomalar mədədə, bağırsaqlarda, pankreasda, qaraciyərdə də inkişaf edir.
Tuberosklerozun müalicəsi epileptik tutmalara qarşı, davranış pozğunluqlarına qarşı aparılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1375   Tarix: 26 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

kosmetoloq gözəllik məhsulları geyim seçimi zeytun yağının faydaları prostat vəzi körpə və ona qulluq fitnes klubu kosmetika sevda faydalı bilgilər itburnu google novruz bayrami hakisda