Türk professorlar dünyada analoqu olmayan COVID-19 serumu hazırladı: 6 həftə sonra...
Türkiyənin Adıyaman Universiteti (ADYU), TUBİTAK və VETAL firmasının əməkdaşlığı ilə koronavirusla mübarizə çərçivəsində "Kovidsera adlı antiserum hazırlanıb.
Publika.az xəbər verir ki, Adıyaman Tədris və Araşdırma Xəstəxanasındakı xəstələrdən götürülən nümunələr ilə reallaşdırılan proses VETAL şirkətinin BSL-3 laboratoriyasında davam edir.
Xəstələrdən götürülən virus hüceyrələri əvvəlcə laboratoriya şəraitində inaktiv edilir, daha sonra fermadakı işçi qrupunda sağlam atlara inyeksiya olunur. Bu atlardan götürülən plazmadan da antitel əldə edilir.
AYDU rektoru, professor Mehmet Turqut bu layihəyə 1 aprel tarixində başladıqlarını, hazırda sona doğru gedildiyini bildirib: "Bu, peyvənd üzərində işə bənzəyir, amma bir fərqi var. O da bəşəri antiserum olmasıdır. İndi heyvanlar üzərində test mərhələsindəyik. TUBİTAK və Səhiyyə Nazirliyi ilə daimi əlaqədəyik. Əlimizdə 7 min xəstəyə çatacaq qədər antiserum toplanıb. Lakin test mərhələsi bitməyib".
Rektor bildirib ki, antiserum atlardan 6 həftə sonra əldə edilir.
Zümrüd









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar