Türkiyədə işləyən tanınmış azərbaycanlı alim Salyanda vəfat etdi - FOTO
Azərbaycana qısa müddətli səfərə gələn İstanbul Universitetinin professoru Məhəmməd Tağıyev 68 yaşında qəfil ürək tutmasından anadan olduğu Salyan rayonunda dünyasını dəyişib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, məşhur riyaziyyatçı Məhəmməd Həmid oğlu Tağıyev elmi fəaliyyəti ilə bağlı 1993-cü ildən Türkiyəyə köçmüşdü və İstanbul Universitetinin professoru idi. Onun hazırlaşdırdığı və Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Türkiyə məktəblilərinin qalib gəlməsi məşhur riyaziyyatçı müəllimə yaşadığı qardaş ölkədə çox böyük nüfuz qazandırmışdı.
Son illərdə Türkiyə Milli Təhsil Nazirliyinin "Elmi Olimpiada" Akademiyasının qurucusu və baş konsulu kimi fəaliyyət göstərirdi. Onun hazırladığı türkiyəli tələbələr hazırda ABŞ, Braziliya, Meksika, Almaniya və Türkiyənin ən məşhur universitetlərində elmi fəaliyyətlərini davam etdirirlər.
Azərbaycanlı alimin əməyi Türkiyə dövləti tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib...
Riyazlyyatçı alimin 3 oğlu da onun yolunu davam etdirir.
Milli.Az
/news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir