Türkiyəli məşhur "erməni" şərhinə görə xalqdan üzr istədi - FOTO
Avropa Liqasının 1/4 finalında keçirilən "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insident yaşanıb.
Xanim.az axşam.az-a istinadən bildirir ki, oyununun başlamağına az qalmış azarkeşlər arasında dava düşüb, bəzi azarkeşlər hətta meydançaya da daxil olublar.
TRT Spor-un canlı yayımında oyunu "Beşiktaş"ın keçmiş futbolçusu Ali Gültikenlə birgə aparıcı Alper Bakırçıgil şərh edib. Alper Fransanı nəzərdə tutaraq iğtişaşın səbəbkarlarının ermənilər ola biləcəyini deyib:
"Ermənilərin sıx yaşadığı bir bölgə olduğu üçün türk azarkeşlərə qarşı təxribatların ola biləcəyi açıq şəkildə bilinirdi. Erməni vətəndaşlarımızı bu işə daxil etməyək. Ermənilər "Beşiktaş"ı çox sevən bir topluluqdur. Kluba ürəklərini vermiş minlərlə adam tanıyıram. Azarkeşlərin içində hadisəni terrora çevirmək istəyən qüvvələr ola bilər".
Lakin gələn etirazlardan sonra Bakırcıgil üzr istəyərək səhv başa düşüldüyünü dilə gətirib.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir