Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib

Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdiribTürkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bu gün könüllü olaraq yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyə istehsalı olan vaksinlə peyvənd olunub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, prosedur Türkiyə istehsalı olan virusa bənzər hissəciklərə (VLP) əsaslanan peyvəndin insan klinik sınaqlarının Faz-1 mərhələsinin araşdırıldığı Ankara Onkoloji Xəstəxanasında baş tutub.
Nazirlə bərabər Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) sədri Hasan Mandal da bu prosesdə könüllü iştirak edib.
M.Varank bildirib ki, bu prosedura 27 martdan 36 könüllü ilə başlanılıb.
Hazırda "VLP" peyvəndinin Dünya Səhiyyə Təşkilatının (DST) siyahısına düşməyə namizəd olan 4 peyvənddən biri olduğunu deyən nazir bildirib ki, türk peyvəndinin digərlərindən fərqi ondadır ki, bu peyvənd virusun 4 proteinini nəzərə alaraq hazırlanıb: "VLP" peyvəndi çox innovativ bir vaksin olduğu üçün COVID-19-un mutasiyaya uğrayan versiya üçün də yeni növünü hazırlamaq mümkündür. Hazırda alimlərimiz "VLP" peyvəndini Faz-2 mərhələsində Britaniya ştammına qarşı hazırlamaq üçün laboratoriya fəaliyyətlərini davam etdirir".
Bu peyvəndin təkcə Türkiyə vətəndaşlarının deyil, bütövlükdə insanlığa faydalı olacağına ümid etdiyini vurğulayan nazir hazırda 50 milyon türk peyvəndinin istehsalı üçün texniki avadanlıqların mövcudluğunu vurğulayıb: "Vətəndaşlarımıza səslənirəm ki, "VLP" peyvəndindən istifadə üçün könüllü olmağa çəkinməsinlər. İlin sonuna qədər könüllü sayı artarsa, öz peyvəndimizin geniş tətbiqinə başlanılacaq".
Qeyd edək ki, M.Varank və H.Mandal da daxil omaqla türk vaksini ilə peyvənd olunan könüllülər 21 gün sonra vaksinasiyanın ikinci mərhələsini qəbul edəcək.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1796   Tarix: 18 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər