Dadlı turşu hazırlamağın sadə izahı

Dadlı turşu hazırlamağın sadə izahıGöyəmlə sirkəyə qoyulmuş sarımsaq

Sarımsaq – 500 q, göyəm – 500 q, dəfnə yarpağı – 3 ədəd, mixək – 5 ədəd, ətirli istiot – 5 ədəd, qara istiot – 5 ədəd, duz – 20 q, şərab sirkəsi – 400 q. Sarımsaq dişləri soyulub təmizlənir. Bidonun dibinə ədviyyat qoyulur, əvvəlcə duz vurulmuş sarımsaq dilimləri, sonra göyəm yığılıb üstünə şərab sirkəsi əlavə edilir.

Qarışıq turşu

Xiyar - 4 kq, göy bibər - 6 kq, göy pomidor - 4 kq, kök - 4 kq, 4 yerə bölünmüş kələm - 4 kq götürülür, doğranır və bidonlara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır.

Duzlu suya qoyulmuş kələm

Hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir, onun üst qatı, özəyi çıxarılır. 4 yerə bölünür, çəlləklərə yığılır, üstündən taxta parçası ilə basılır və duzlu su (1 litr suya 400 qram duz) tökülür. Elə etmək lazımdır ki, duzlu su taxta parçasını örtsün. Kələmə xoş rəng vermək üçün onun içinə dilim-dilim kəsilmiş çuğundur qatılır.

Sarımsaq turşusu

Sarımsaq, sirkə, limon duzu, şəkər, duz, su.
Sarımsaqlar yuyulur və bidona yerləşdirlir. Üzərinə duzlu su əlavə edilir. Gündə bir dəfə suyu boşaldılıb təkrar duzlu su əlavə edilir. Bu əməliyyat 3 gün ərzində təkrarlanır. 4-cü gün sirkə, duz, limon duzu, şəkər tozu və su qarışdırılıb, sarımsaqların vasitəsilə qapanana qədər bidona əlavə edilir.

Badımcan turşusu

Xırda nazik badımcan, sarımsaq, keşniş, şüyüd, nanə, reyhan, tərxun, duz, şərab sirkəsi.
Göyərti yuyulub, doğranır. Doğranılmış sarımsağı göyərtiylə qarışdırıb, duz əlavə edilir. Xırda badımcanlar saplaqdan təmizlənib uzununa yarılır, oraya duz səpilir. 0,5 saat saxlanır, sonra badımcanlar yuyulur. Suya duz əlavə edib qaynadılır. Badımcanlar nə bərk, nə yumşaq olmalıdırlar. Pörtülmüş badımcan aşsüzənə yığılır, üstünə ağır əşya qoyub 3 saat saxlanılır. Hazırlanmış iç badımcanların arasına doldurulur, bidona yığılıb üzərinə sirkə tökülür. Bidonu bağlayıb soyuq yerdə saxlamaq lazımdır. Badımcanlar 1,5 aya yetişir.(qadin.az)

Mətbəx     Baxılıb: 4107   Tarix: 25 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

turlar.az

adlarin menasi hamiləlik gozel gorunmek ev dekorasiyası kartof maskasi uz ucun yay geyimleri zeytunun hazirlanmasi kosmetika intim dolça veten haqqinda atalar sozleri dovsan gəncə