Tütünün uşaq və yeniyetmə orqanizminə təsiri

Tütünün uşaq və yeniyetmə orqanizminə təsiriSiqaret çəkilməsi uşaq və yeniyetmə orqanizminə olduqca mənfi təsir göstərir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Gülnar Qasımzadə bu barədə məlumat verərək deyib: "Siqaretlə tanışlıq erkən yaşlardan başlayır və daha çox sosial, psixoloji və genetik amillərlə bağlıdır. Ailədə siqaret çəkən valideyn görən uşaq onu həyatın ayrılmaz bir hissəsi kimi qəbul edir. Təəssüflər olsun ki, uşaqlar 5 yaşa çatanda artıq siqaretin nə olduğunu anlayırlar. Onların bilmədikləri bir şey varsa, o da siqaretin necə çəkilməsidir. Əlverişli şərait yarananda onlar siqareti onu necə çəkməyi də sınaqdan keçirirlər. Valideyn uşağın yaşadığı evdə, onun qarşısında siqaret çəkirsə, verdiyi məsləhət və tövsiyənin də heç bir əhəmiyyəti olmayacaq. Yəni məsləhət verməkdən, çəkindirməkdənsə şəxsi nümunə olmaq daha yaxşı və təsirlidir. Məsələn, uşağı məktəbə aparan valideyn yolda və yaxud övladının dərsdən çıxmasını gözləyərkən siqaret çəkirsə, məktəbyaşlı uşaqların onun bu hərəkətini izləməsinin özü də tütünçəkməyə təşviq, onların beyninə impuls ötürülməsi deməkdir. Ona görə də həmişə həkim-pediatrlara tövsiyə edirik ki, uşaqlardan əvvəl valideynləri məlumatlandırmaq lazımdır. Bəzən valideynlər övladının yanında siqaret çəkmədiyini, çöldə-bayırda çəkdiyini və onun bu hərəkətini uşağın görmədiyini deyirlər. Lakin əslində məsələ uşağın siqaret çəkildiyini görüb-görməməsində deyil, onun Sağlamlığındadır".
Həkim-metodist daha sonra bildirib: "Sağlam qidalanma sağlam orqanizm deməkdir. Bu, hüceyrələrə, genetikaya, DNT quruluşuna təsir edir. Gen nəsildən-nəslə ötürülən şeydir. Əgər gen strukturu zərərli təsirlərə məruz qalan hüceyrələr əsasında qurulursa, onda demək olar ki, siqaret çəkmək və yaxud başqa bir zərərli vərdiş genetik olaraq ötürülür. Lakin biz bunu gözlə görmürük. Uşaq və ya yeniyetmə bir gün siqaretlə tanış olanda onun siqaretdən asılı hala düşməsi tezləşir, çünki onun genində bu var. Doğrudur, bu asılılığın genetik olaraq ötürülməsi tam təsdiq olunmasa da, onun genetik olaraq davam etməsi mümkündür. Ümumiyyətlə, uşaqlar elə varlıqdır ki, böyüklərdə nə görürsə, onu təkrarlamağa çalışır. Valideynin siqaret çəkdiyini görən uşaq ona daha tez meyil göstərir.
Siqaretin tərkibində 4 mindən çox kimyəvi maddə var və karbon monooksid, paladium, amonyak və s. ayrı-ayrılıqda orqanizmə zərərdir. Təsəvvür edin ki, həmin zərərli maddələr hamısı eyni anda yanır və həmin tüstü ilə insan nəfəs alır. Bunun necə ziyanlı olduğunu ifadə etməyin özü çətindir. Siqaret ağız boşluğuna daxil olur, qətran maddəsi diş və diş ətinə yapışır, mina qatını zədələyir, ağızda pis qoxu və mikrobların yaranmasına səbəb olur. Siqaret tüstüsü ilə nəfəs alanda isə burundakı sinirlər zədələnir, qoxubilmə zəifləməyə başlayır. Tüstü ağciyərlərə daxil olanda bronxit, emfizema, xroniki obstruktiv ağciyər xəstəlikləri kimi problemlər yaradır və həmin hava alviollara daxil olur. Alviollar ağciyərlərlə qan arasında qaz mübadiləsində iştirak edən hissəciklərdir. Alviollardan qana oksigen getmək əvəzinə karbon monooksid daxil olur və nəticədə qan zəhərlənir. Nəzərə alsaq ki, uşaqların beyin və daxili orqanları inkişaf dövründən keçir, oksigen çatışmazlığı, nəfəs darlığı kimi problemlər yaradır. İstər aktiv, istərsə də passiv siqaret çəkməyə məruz qalan uşaqların xəstəxanada şikayətləri daha çox ağciyərlər və onlarda yaranan infeksiya ilə əlaqədar olur. Tütün infeksion və qeyri-infeksion xəstəliklərin yaranmasında iştirak edir, şəkərli diabet, ürək-damar və digər xəstəliklərin yaranmasına aparıb çıxarır".
Həkim-metodist siqaretin orqanizmə zərərli təsiri haqqında söhbətini belə yekunlaşdırıb: "Tütündən imtina edilməsinin yaşı və zamanı yoxdur. Hər kəs tütündən istənilən yaşda imtina edə bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1197   Tarix: 14 noyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme