Ucuz və effektli TƏBİİ ÜRƏK DƏRMANI
Apteklərdə ucuz qiymətə satılan yemişan tinkturası (rus dilində - "настойка боярышника") ürək fəaliyyətinin pozulması zamanı çox effektli təbii müalicəvi vasitədir.
Yemişan ürək və damarlar üçün faydalı olan bir sıra maddələrlə zəngindir. Bu maddələr arasında kversetin, hiperin, hiperozid, orqanik turşular, qlikozidlər və s.
Saglamolun.az bildirir ki, bu maddələrin sayəsində yemişan
- mərkəzi sinir sistemini və ürək əzələsini sakitləşdirir,
- ürək əzələsinin yığılmasını yaxşılaşdırır,
- ürək və beyinin qan dövranını yaxşılaşdırır,
- ürək ritmini tənzimləyir, müxtəlif aritmiyalar zamanı kömək edir,
- beyin və ürək damarlarını genişləndirir,
- təzyiqi salır,
- damarların divarlarının funksiyalarını yaxşılaşdırır,
- antisklerotik təsir edir.
Yemişan tinkturası həmçinin sakitləşdirici vasitə kimi istifadə olunur və klimaks zamanı qadınlara kömək edir.
Bütün digər müalicəvi vasitələr kimi yemişan tunkturasını yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi