Ürək astması

Ürək astmasıÜrək astması xəstələrdə təngnəfəslik, sürətlənmiş tənəffüslə müşayiət olunan, dözülməz boğulma ilə xarakterizə olunur. Xəstə uzana bilmir, özünə raharlıq gətirən oturaq vəziyyətdə dayanır. Belə vəziyyətdə sağ mədəciyə qanin axını zəifləyir. Onun döyüntüsü artır. Nəticədə kapilyarlarda təzyiq müəyyən qədər azalır, ağciyər toxumasında ödem azalır, ağciyərin ventilyasiyası yaxşılaşır. Xəstənin dəri örtüyü nəm və sianozlu olur, ürəyə qulaq asan zaman zəifləmiş tənəffüs eşidilir. Perkusiyada ürəyin nisbi kütlüyünün sərhədi nisbətən sola böyüyür ki, bu da sol mədəciyin dilatasiyası hesabına baş verir. Ürək astması zamanı ürək tonları karlaşır, nəbzin sayı bir dəqiqədə 100-110 vurğuya qədər artır. Auskultasiyada ağciyərlərdə zəifləmiş vezikulyar tənəffüs fonunda az miqdarda kiçik qabarcıqlı yaş xırıltılar eşidilir. Bu xırıltılar çox zaman ağciyərlərin aşağı şöbələrində eşidilir. Ürəyin zirvəsində çox zaman protodiastolik çapma ritmi təyin edilir. Bu xəstəlikdə arterial təzyiq azalmağa meyilli olur.
KƏSKİN ÜRƏK ÇATMAZLIĞI.
Miokard infarktı zamanı ölümün əsas səbəbi kəskin ürək çatmazlığıdır. Adətən bu sol mədəcik çatışmazlığından baş verir. Kəskin sağ mədəcik çatışmazlığı nadir hallarda baş verir. Kəskin sol mədəcik çatışmazlığı adətən miokard infarktının birinci saatlarında, yaxud da ilk günlərində baş verır. Miokard infarktı olan xəstələrdə kəskin mədəcik çatışmazlığının inkişafına təkan verən risk amilləri aşağıdakılardır:
1. Nekroz ocağının böyük olması.
2. Sol mədəcik miokardının yığılma qabiliyyətinin pozulması.
3. Miokardın infarkt zonasının yığılma qabiliyyətinin pozulması.
4. Sol mədəciyin remodelləşməsi.
5. Nisbi mitral çatışmazlığın inkişafı.
6. Mədəciklər arası çəpərin cırılması.
7. Arterial təzyiqin yüksəlməsi.
8. Aritmiyanın meydana çıxması.
Kəskin ürək çatışmazlığının klinik təzahürü ürək astması, ağciyər ödemi, kardiogen şokdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1689   Tarix: 15 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az