Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOM

Ürək böyüsə, nə baş verər? - TƏHLÜKƏLİ SİMPTOMÜrək orqanizmdə "nasos" funksiyasını yerinə yetirir - qanın orqanizm boyu dövr etməsini təmin edir. Ürəyin çəkisi orta hesabla 300 qr təşkil edir (qadınlarda bir qədər az, kişilərdə bir qədər çox). Belə hesab olunur ki, insanın ürəyinin ölçüsü onun yumruğu boydadır.
Milli.Az xəbər veri ki, bəzən müxtəlif səbəblərə görə ürək böyüyə bilər. Bu hal kardiomeqaliya, ürəyin hipertrofiyası adlandırılır. Bu, çox ciddi pozulmadır. Böyümüş ürək öz nasos funksiyasını normal yerinə yetirə bilmir, orqanizmi qanla yaxşı təchiz etmir. Bunun nəticəsində ürək vaxt keçdikcə daha da genişlənir, böyüyür və bu da ürək çatışmazlığının, infarktın, ürəyin ani dayanmasının inkişafına səbəb ola bilər.
Ürəyin böyüməsinin səbəbləri arasında:
- İntensiv fiziki gərginliklər (peşəkar idmançılarda, daim idmanla məşğul olan insanlarda) zamanı ürək da intensiv şəkildə işləyir - ürək döyünməsi, qanın ürəyə axını artır. Bu isə ürəyin böyüməsinə səbəb olur. Buna "idmançı ürəyi" deyilir. Bu halda ürəyin böyüməsi fizioloji səbəblərlə bağlıdır. Lakin hətta bu halda həddən artıq fiziki yükləmələr, müxtəlif xəstəliklər, güclü streslər gələcəkdə ürək xəstəliklərinə gətirib çıxarda bilər.
- Ürəyin böyüməsinin digər səbəbləri - xəstəliklərdir.
Bir çox hallarda ürəyin böyüməsininin səbəbi hipertoniya xəstəliyi olur. Damarlarda təzyiq qalxdıqda ürək güclü yükləməyə məruz qalır, ürəyin əzələləri gərginləşir, böyüyür və nəticədə ürək də böyüyür.
Ürəyin işemik xəstəliyi zamanı ürəyə olan qan axını azalır, ürək əzələsinın qidalanması pozulur. Nəticədə ürək əzələsinin hüceyrələri birləşmə toxuması ilə əvəz olunur. Birləşmə toxuması elastik deyil, yığılmır və nəticədə ürək genişlənir, böyüyür.
Ürək əzələsinin iltihabları (onlara "kardit"lər deyilir - endokardit, perikardit ) da ürəyin böyüməsinə səbəb ola bilər. Belə iltihablar keçirilmiş tonzillit (angina), skarlatin və ya qripdən sonra inkişaf edə bilər. Onların arasında ən yayılmış revmokarditdir. Xəstəlik vaxtında müalicə olunmadıqda müxtəlif ağır pozulmalara - o cümlədən, ürəyin böyüməsinə səbəb ola bilər.
Anadangəlmə ürək qüsurları da ürəyin böyüməsinə səbəb ola bilər.
- Spirtli içkilərin qəbulu da ürəyin böyüməsinə səbəb ola bilər. Alkoqol ürək əzələsinə çox mənfi təsir edir, intoksikasiyaya (zəhərlənmə) səbəb olur.
- Piylənmə ürəyin böyüməsinin əsas səbəblərindən biridir.
- Ağ ciyər xəstəlikləri həmçinin ürəyin böyüməsinə səbəb ola bilər.
Ürəyin böyüməsinin əsas profilaktikası bu pozulmaya səbəb olan xəstəliyin müalicəsidir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1692   Tarix: 20 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər