Ürək, ömür, ağıl və tale xətləri

Ürək, ömür, ağıl və tale xətləriƏlin içindəki xəttlərlə fala baxma

Biləkdəki qırışlar vasitəsilə ömür illərini hesablamaq olar

Dırnaqların dibində sədəfin olmaması ürək çatışmamazlığına işarədi
Həyat müəmmadır. Hardan gəlib hara getdiyimizi bilmədiyimiz kimi yaşadığımız zindanda neçə il məhbus olduğumuzu da bilmirik. Xiromantiya (əllə fala baxma) iddia edir ki, neçə il və necə yaşayacağımız, hansı sənətlə məşğul olacağımız, hətta necə ailə quracağımız barədə içimizdəki narahatlığa son qoya bilər. Sadəcə, ovcumuzdakı xətlərin dediklərinə "qulaq kəsilmək" lazımdır.
Ürək xətti ovucun içindən başlayıb şəhadət barmağına tərəf yönəlir. Bu xətt qan dövranı sistemi və ürəklə birbaşa əlaqəlidir. Enli, çox solğun və ya əksinə – qırmızı, nöqtələrlə dolu, yaxud çoxlu kiçik ştrixlərlə kəsilmiş ürək xətti ürək çatışmamazlığını göstərə bilər. Dırnaqların dibində sədəfin olmaması, solğun və göyümtül dırnaq da bu diaqnoza çıxarır.
Ürək xətti daha çox sevib sevilmək qabliyyətindən xəbər verir. Əgər bu xətt ağıl xəttindən qısadırsa, düz və zəif görünürsə, belə adamda ağlın ürəyə, maddi duyğuların ali hisslərə üstün gəldiyinə inanmaq olar. Uzun və maili ürək xətti uzun ağıl xəttiylə birgə ürəyiaçıqlıqdan, incə, sevməyi bacaran xarakterdən danışır. Həddən artıq uzun, şəhadət barmağına qədər çatan ürək xətti qıçqanc və özünəvurğun adama işarədir. Əgər ürək xətti Yupiter təpəciyinə çıxırsa, deməli, özünəvurğunluq və təkəbbür sevgi məsələlərinə müdaxilə edir. Ürək xəttinin Yupiter təpəsinə çatmamış xırda xəttlərə haçalanması yumşaq, dostcanlı, ürəyi sevgiylə dolu naturanı göstərir. Ürək xətti Yupiter təpəsində bitirsə, deməli , qarşınızdakı adamda sevgi güclü və ideallaşdırılmış bir hissdir. Yupiter və Saturn təpələri arasında bitən ürək xəttinin sahibində emosionallıq orta həddədir, o, sevgini praktiki nöqteyi nəzərdən qəbul edən və sentimentallığı özünə yük eləməyən şəxsdir. Saturn təpəsindən başlayan ürək xətti çox hissiyyatlı, amma həm də kobud xarakterin göstəricisidir. Beləsi çox təmkinlidir, qapalı və ağıllı, bəlkə həm də bic və qəddardır.

Çoxşaxəli, budaqlanan ürək xətti cəlbedici, zirək insandan və macərayla dolu həyatdan xəbər verir. Budaqların hərəsi bir romandır, yuxarı yönələn xoşbəxt, aşağı yönələn isə nakam sevgi hekayəsidir. Ürək xəttindəki qırıqlar qırılmış şəxsi münasibətlərdir. Ovucun istənilən yerində olduğu kimi ürək xəttindən də kvadrat ürəyiqırıqlığa, bədbəxt hadisələrə işarədir.

Ürək, ömür, ağıl və tale xətləriŞəkil 1
1. Ürək xətti
2. Ağıl xətti
3. Ömür xətti
4. Qolbaqlar
5. Tale xətti
6. Venera xətti
7. Günəş xətti

Şəkil 2
1. Yupiter təpəsi
2. Saturn təpəsi
3. Apollon və ya Günəş təpəsi
4. Merkuri təpəsi
5. Venera təpəsi
6. Ay təpəsi
7. Mars təpəsi

Ömür xətti ovucun ortasından başlayıb baş barmağı dövrəyə alan xətdir. Çox vaxt o, ağıl xətti ilə qovuşur. Ömrün uzunluğunu adətən xəttin uzunluğu ilə ölçürlər. Amma bu, səhv yanaşmadır. Ömür xəttinin uzunluğu fiziki qüvvənin, sağlamlığın, həyat gücünün həddini göstərir. Qısa, nazik ömür xətti ümumi zəifliyi, xəstəliyi və əzələ zəifliyini bildirsə də, orqanizmin uzunömürlü və dözümlü olmasını da istisna eləmir. Bu xarakteristikaları gücləndirmək hərənin öz əlindədir.
Sol və sağ əldəki ömür xəttini müqayisə edin. Sağ əlin xətti o birinə nisbətən uzun və daha aydındısa, siz öz orqanizminizlə düzgün rəftar edirsiz; qısadırsa sizin daha sağlam həyat tərzinə ehtiyacınız var. Deyilənə görə, rus sərkərdəsi Suvorovun atası oğlunun ömür xəttinə baxandan sonra onu hərbçi eləmək fikrinə düşüb. Qısa ömür xətti və zəif orqanizminə baxmayaraq Suvorov özünü fiziki məşqlər sayəsində möhkəmlədə bilib və hətta ahıl yaşlarında Alp dağlarına piyada qalxıb.
Yupiter təpəciyindən başlayan ömür xətti sahibinə həddən artıq şöhrətpərəstlik verdiyindən o, seçdiyi məqsədə çatmaqçün hər bir şansdan istifadə ettməyi bacaran olur. Venera təpəsini geniş meydançaya çevirib ovucun ortasından keçən ömür xətti ehtiraslı, alicənab və canıyanan insanı göstərir. Belə adamlar tez evlənir, xoşbəxt ailə və çoxlu dost sahibi olurlar. Venera təpəsinə yapışıq və ya onun üstünə çıxan ömür xətti hisslərini möhkəm cilovda saxlayan, qarşı cinsə münasibətdə soyuq davranan adamlarda olur.
Aydın, təmiz, qırıqları, nöqtələri və adacıqları olmayan ömür xətti həyat enerjisi və sağlamlıq əlamətidir. Belə adamlar özünə əminlik hissini ömür boyu saxlaya bilirlər. Düyünlü, elə bil bir neçə xətdən düzəlmiş , yaxud xırda ştrixlərlə kəsilən ömür xətti əsəbiliyin, saysız-hesabsız həyacan və narahatlığın izləridir. Ömür xəttindəki nöqtələr xəstəliyin gücləndiyi vaxtları bildirir. Adacıqlar bu xəstəliyin sürdüyü müddəti, həmçinin dözüm tələb edən çətin sınaq dövrlərini göstərir. Bu müddəti təxmini hesablamaq olar. Bununçün çeçələ barmağın orta oynağının sizi maraqlandıran hissəyə qədər neçə dəfə yerləşə biləcəyini ölçmək lazımdır. Ömür xəttinin əvvəli baş barmağın arasından götürülür. Sonra alınmış nəticəni 23-ə vurmaq lazımdır. Məsələn, tətbiq olunan xəttin uzunluğu çeçələ barmağın orta oynağının 2 mislinə bərabərdisə, deməli hadisəni 46 yaşında (3 il o yan-bu yan ola bilər) gözləmək lazımdır. Ömür xəttinin qırıldığı yerdə isə həyat gücünün azalmasını, xətt sonra yenidən davam edirsə, ağır xəstəlikdən sağalmanı gözləmək olar. Ömür xəttinin üstündəki ulduz, ya xaç işarəsi gözlənən təhlikə və ya ciddi uğursuzluqlara işarədir.
Venera təpəsində ömür xəttinə paralel, onu sanki müşayiət edən iiknci xəttin olması yaxşı əlamət sayılır. Belə müşayiətçinin olması sanki xəttin çatışmazlıqlarını o qədər də qabartmağa qoymur.
Ağıl xətti şəhadət və baş barmaqlar arasında başlanır. Adətən ömür xəttiylə qovuşuq olur. Amma irəli gedən kimi ondan aralanıb üfüqi mövqe tutur. Düz və uzun ağıl xətti sağlam düşüncə və güclü iradəni göstərir. Çünki o, Mars təpəciyindən keçib bu planetin keyfiyyətlərini özündə cəmləyir. Ağıl xətti həddən artıq uzun və düz olanda simicliyə, qənaətcilliyin əndazədən çıxmasına gətərir. Çox aşağı enib Ay təpəsinə dönəndəsə mistisizmə gətirib çıxarır. Başqa orqanlar zəifdisə, kamil deyilsə və Ay təpəsində böyük xaç işarəsi varsa, onda bu mistisizm dəlilik səviyyəsində çata bilər. Əgər ağıl xətti təpəciklərə tərəf yönəlib hansısa təpədə dayanıbsa, onda həmin təpəciyin keyfiyyəti üstünlük qazanacaq. Merkuri tacirlik, Günəş təpəsi şöhrət və ya var dövlət və s. əlamətidir.
Solğun və enli ağıl xətti ağılın və ya ehtiyatlığın azlığına dəlalət edir. Əgər xətt ovucun ortasından o yana keçmirsə, iradənin zəifliyini, qətiyyətsizliyi və çox vaxt ağılsızlığı da bildirir. Ağıl xəttinin Mars təpəsində bitib Saturn təpəsiylə üzbəüz durması qısa həyata, erkən ölümə işarədir. Zərcirvari ömür xətti ideyalarda dəqiqliyin olmadığını göstərir.
Ağıl xəttinin ikiləşməsi sahibinin kəllə travmaları ala biləcəyidən danışır. Ağıl xəttində düyünlər qatillik meylindən xəbər verir. Əgər düyünlər solğundursa, deməli qətl artıq baş verib. Əgər qırmızıdırsa, proses yetişməkdədir. Ağıl xəttindəki qırmızı nöqtələr sahibinin başından aldığı yaraları, ağ nöqtələrsə elm sahəsində onun adıyla bağlanacaq tapıntıları göstərir. Haçalardan biri irəli, o biri aşağı yönələn ağıl xətti həqiqətə can atanlarda olur. Amma onlar aldana biləcəkləri kimi aldada da dilirlər. Bir əldə ikiyə bölünmüş ağıl xətti dəlilik təhlükəsindən danışır. Orta barmağın davamı kimi nəzərdə tutulan xəyali bir xəttin ovucu kəsdiyi hissədən o tərəfə keçməyən hər bir xətt təhlükəlidir. Həmin xəyali xətdən o yana keçə bilməyən ağıl xətti insanlara nifrət edən adamlarda olur. Ucu Ay təpəciyinə çıxan ağıl xətti suda boğulmaq təhlükəsindən danışır.
Tale (Saturn) xətti biləyin mərkəzindən Saturn təpəsinə yönələn xəttə deyilir. Bu xətt heç də həmişə aydın görünmür. Bəzən o, bir neçə xəttin növbələşməsindən əmələ gəlir. Aydın, qırıqsız və ürək xəttlərini kəsərək Saturn təpəsinə çatan tale xəttinin sahibi yağ içində böyrək kimi yaşayıb kəskin təlatümlərdən uzaq olacaq. Aydın olmayan, pis görünən tale xətti uğurların çətinliklə qazanılacağına işarədir. Dolanbac, dalğavari xətti olan adamsa nə istədiyini bilmir, başı daşdan-daşa dəyməmiş ağlı üstünə gəlmir. Əgər tale xəttinin əvvəli və ya axırı haçalanırsa, sahibi sənətini, maraqlarını dəyişəcək, həyatda üzərinə yeni rol götürəcək. Tale xəttini müşayiət edən paralel xətlər də iki karyera deməkdir.
Tale xətti ovucun mərkəzindən başlayıb Saturn təpəsinə dırmaşan insan əsasən öz qüvvəsinə arxalanmalı olur. Əgər xətt Ay təpəsindən başlayırsa, deməli onun uğurlarına fantaziya və təxəyyül kömək edir. Tale xəttinin Yupiter təpəsinə tərəf meyllənməsi o deməkdir ki, sahibinin həyatda şöhrətpərəslik idarə eləyir və uğur ondan yan qaçmayacaq. Venera təpəsindən gələn və tale xəttini kəsən horizontal xətlər narahat xasiyyəti əks etdirir. Ağıl xəttində tamamlanan tale xətti hadisələri dəqiq müəyyən etməkdə, insanları tanımaqda çətinlik çəkən dumanlı təfəkkürdən danışır. Tale xətti ürək xəttində bitsə, hədsiz hissiyyatlılıq, səbatsız emosionallıq diaqnozunu qoymaq olar. Başlanğıcını ömür xəttindən götürən tale xətti insanın heç kimin köməyi olmadan işi irəli apara bilmək qabliyyətini göstərir. Tale xəttindəki adacıqlar, xaçlar, onu kəsən kiçik xətlər dəyişiklik, xəstəlik və uğursuzluq dövrlərini əks etdirir. Onları ömür yolundakı işarələrlə tutuşdurmaq olar. Venera və Günəş xətləri hamıda olmur. Venera xəttinə sahib olmuş və xüsusilə Venera təpəciyi inkişaf etmiş şəxsin sevgisi aşıb-daşan olur. O, əks cinsin dilini də yaxşı bilir. Əldə Günəş xətti hansısa sahədə istedada işarədir. Xətt nə qədər uzun və aydındırsa, istedad da bir o qədər çoxdur. Sahibi öz üzərində işləyə bilsə, düz və təmiz xətt ona yaxşı ad-san, şöhrət vəd edir. Dolanbac Günəş xətti dünyaya ayıq baxa bilməyən, cəsarətsiz insanlarda olur. Əgər bu xətt sol əldə aydın görünürsə, deməli, siz hələ də istedadınızı ifadə edə bilməmisiz. Amma işə başlamaq olar, hələ gec deyil.
Biləkdəki qırışlar- "qolbaqlar" vasitəsilə də ömür illərini hesablayırlar. Biləyi başdan-başa halqalayan "qolbağın" hərəsi təxminən 30 il hesab olunur. Toplamağı sizdən…

Ailə və Uşaq     Baxılıb: 8213   Tarix: 26 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşaqlarıda baş ağrısının səbəbləri - GÖZARDI ETMƏYİN

 . "Baş ağrısı həm uşaqlarda, həm də böyüklərdə ağrıya səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Kiçik yaşlardan başlayan bu problem valideynləri də narahat edir". Bunu Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssis

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

turlar.az

sonxeber.az kosmetika mehsullari kosmetik vasiteler qis geyimləri 2024 hamilə geyimləri qadın psixologiyası qarindaki yaglari eritmek meshurlar haqqinda kahfe fali veten haqqinda bayatilar novruza aid hakisda dieta novruz bayramına aid hakıştalar