Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələrSinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik... Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu iki vəziyyətin simptomlarının oxşar olması bəzən həyati risk daşıyan halların gec fərq edilməsinə səbəb ola bilər.
Türkiyəli kardioloq Abdi Sağcan bildirib ki, sinə ağrısı və nəfəs darlığı şikayətləri zamanı ən çox qarışıqlıq məhz panik atakla ürək tutmasının fərqləndirilməsində yaşanır. Onun sözlərinə görə, həkim müayinəsi olmadan bu iki vəziyyəti dəqiq ayırd etmək çətindir.
Mütəxəssis qeyd edib ki, panik atak zamanı sinədə sıxılma və sancı hissi, sürətli və səthi nəfəsalma, güclü qorxu hissi ön planda olur. Ürək tutmasında isə daha çox güclü təzyiq, əzilmə hissi, ritm pozğunluğu və real nəfəs ala bilməmə hissi müşahidə edilir. Hər iki halda soyuq tərləmə olsa da, ürək tutmasında bu hal daha ani və intensiv şəkildə ortaya çıxır.
Ağrının xarakteri və müddəti də mühüm fərqləndirici əlamətlərdəndir. Belə ki, 5-10 dəqiqədən uzun sürən, sol qola, çənəyə və ya kürəyə yayılan sinə ağrısı ürək tutmasının xəbərçisi ola bilər və bu halda dərhal təcili tibbi yardım çağırılmalıdır.
Abdi Sağcan vurğulayıb ki, sinə ağrısı ilə yanaşı ürəkbulanma, güclü nəfəs darlığı, dodaqlarda göyərmə kimi əlamətlər müşahidə olunursa, vəziyyət ciddi qiymətləndirilməlidir. Eyni zamanda ilk dəfə panik ataka bənzər hal yaşayanlar, 40 yaşdan sonra bu cür simptomlarla qarşılaşanlar və ya ürək xəstəliyi olan şəxslər mütləq həkimə müraciət etməlidir.
Mütəxəssis əlavə edib ki, gənc yaşlarda sinə ağrıları çox vaxt ciddi səbəblərlə bağlı olmasa da, risk faktorları, yəni siqaret istifadəsi, yüksək təzyiq, diabet və ailəvi xəstəlik tarixçəsi mütləq nəzərə alınmalıdır.
Araşdırmalar göstərir ki, panik pozuntu cəmiyyətdə 2-4 faiz arasında rast gəlinsə də, ürək xəstələri arasında bu göstərici 25 faizə qədər yüksələ bilər. Panik atakla müraciət edən xəstələrin təxminən 15 faizində isə eyni zamanda ürəklə bağlı problem aşkarlanır.
Mütəxəssislərin fikrincə, panik atak ürək tutmasını təqlid edə bilər, lakin ürək tutması birbaşa həyati təhlükə yaradır. Buna görə də oxşar simptomlar heç vaxt diqqətdən kənarda qalmamalıdır.
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1025   Tarix: 21 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

yemek reseptleri geymler 2026 geyim necə seçməli atalar sozleri elme aid hicab baglama qaydasi atalar sozu elm haqqinda yumurta qabiginin xeyri kosmetika muellim seiri burclerin uygunlugu vicdan gozde olar qiz adlari