Ürək üçün xeyirli bitkilər

Ürək üçün xeyirli bitkilərMüalicəvi bitkilər ta qədimdən müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı uğurla istifadə olunurdu.
Onların faydalı təsiri tibb elmində də təsdiq olunub. Bu bitkilər dərman prepartaların hazırlanması zamanı geniş istifadə olunur.
Ürək üçün faydalı müalicəvi bitkilər:
1. Yemişan
Sakitləşdirir, ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır, aritmiyanı və taxikardiyanı aradan qaldırır, arterial təzyiqini aşağı salır.
Ev şəraitində yemişandan təbii dərmanlar hazırlamaq olar:
- 1/2 kq tam yetişmiş yemişan həvəngdəstədə əzilir, ora 100 ml qaynanmış su əlavə olunur və vam odda 40 C-yə kimi qızdırılır. Alınmış şirə sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı  olmaqla yeməkdən əvvəl içilir. Bu vasitəni uzun müddət ərzində (bir neçə ay) istifadə etmək olar. Yaşlı insanlar üçün xüsusilə xeyirlidir.
- 3 xörək qaşığı quru yemişan meyvələri 1 l-lik termosa tökün və qaynar su əlavə edin. 2 saat dəmlədikdən sonra dəmləməni süzün. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı için.
2. Nanə
Nanə ürək üçün ən faydalı bitkilərdən biri sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanın "validolun" tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.
- 2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilir.
3. Peyğəmbərgülü
Bu bitki taxikardiya zamanı yaxşı kömək edir.
- Quru güllərin 2 çay qaşığını 1 stəkan qaynar suda dəmləyin, 1 saatdan sonra süzün, gündə 3 dəfə stəkanın 1/4 hissəsini yeməkdən əvvəl için.
4. Pişikotu kökü
Bu ot da ürəyə çox yaxşı təsir edir. Pişikotu kökü tac damarlarını genişləndirir, sakitləşdirir, ürəyin fəaliyyətini yaxşılaşdırır. Bir çox ürək preparatların tərkibinə bu ot daxildir.
- 1 xörək qaşığı pişikotu kökü axşamdan 1 stəkan qaynar suda dəmləyin və ertəsi gün axşama kimi xırda qurtumlarla için.
- Pişikotu kökü - 2 çay qaşığı, nanə - 2 çay qaşığı, quru yemişan meyvələri - 2 çay qaşığı 1 l-lik termosa tökün, qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı için.
5. Boymadərən
Bu ot ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirin, ürək ritmini tənzimləyir, arterial təzyiqini aşağı salır.
- Boymadərən - 2 çay qaşığı, pişikotu kökü - 3 çay qaşığı, mayaotu toxumu - 2 çay qaşığı, badrənc - 3 çay qaşığı.  Otlar qarışdırılır. 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, 1 saatdan sonra süzülür. Gündə 4 dəfə 1/4 stəkan içilir.
6. Çaytikanı
Aterosklerozun və trombların əmələ gəlməsinin və inkişafın qarşısını alır, sakitləşdirir.
Çaytikanı dəmləmə (1 xörək qaşığı meyvələr + 1 xörək qaşığı qaynar su) və mürəbbə şəklində qəbul etmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1190   Tarix: 05 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik qadin dunyasi geyim dəbləri kəpək baş ağrısı uşaqlara yemək hazırlama yeni dogulmus korpeye lazim olan esyalar kosmetika balıq faydalı məsləhətlər hakiwda dolca hakışta