Ürək üçün xeyirli və ziyanlı olan qidalar

Ürək üçün xeyirli və ziyanlı olan qidalarMüasir insanlar əksər hallarda "fast-fudların", kafe və restoranların xidmətlərindən istifadə edərək, getdikcə daha az hallarda ev yeməkləri yeyirlər.
Qeyd etmək lazımdır ki, "restoran" yeməkləri heç də gündəlik qida qəbulu üçün nəzərdə tutulmamışdır.
Ev yeməklərinə nisbətən, onların tərkibində yağlar daha çox olur. Piylənmənin əsas səbəblərindən biri də budur!
Yağlardan başqa, ev yeməklərinə nisbətən, belə yeməklərə daha çox duz da əlavə edirlər. Xörək duzunun (natrium xlor) artıq dərəcədə qəbul edilməsi isə arterial təzyiqin artmasına səbəb olur. Məsələ bundadır ki, xörək duzu orqanizmdə əlavə maye saxlamaq xüsusiyyətinə malikdir. Bu isə ürək və damar sisteminin daha artıq yüklənməsinə səbəb olur. Beləliklə, ilk növbədə ev yeməklərindən istifadə edilməsi daha yaxşıdır.
İkncisi isə, yeməklərə duzu mütləq az vurulmalı və stolun üstünə isə duz qoyulmamalıdır. Duzlu delikateslərə, konservləşdirilmiş tərəvəzlərə və s. bu kimi məhsullara gəldikdə isə, onları stolun üzərinə yalnız bayram günlərində qoymaq olar. Əgər proses çox dərin deyilsə, duzun məhtudlaşdırılması, dərman qəbul edilmədən də arterial təzyiqin normallaşmasına səbəb ola bilər. Hipertoniklər üçün yemək rasionunda duzun məhtudlaşdırılması – müalicə üsullarından biri hesab olunur.
Beləliklə, xörək duzu barədə hər şey aydındır. Bəs, yağların qəbulu necə olmalıdır? Yağların müəyyən miqdarda qəbul edilməsi orqanizm üçün vacib hesab edilir. Xolesterin, triqliseridlər və fosfolipidlər insan orqanizmində olan yağlardan hazırlanır. Hüceyrələrin divarının tərkibinə daxil olan bu maddələr, həmçinin cinsi hormonların hazırlanması və s. proseslərdə də vacib rol oynayırlar. Qida rasionunda yağların artıq olması qanda xolesterin və triqliseridlərin miqdarının artmasına səbəb olur ki, bu da aterosklerozun (piy qalıqlarının yığılması nəticəsində damar divarının qalınlaşması), hipertoniya xəstəliyinin və piylənmənin inkişaf etməsinə səbəb olur. Aterosklerozun ən qorxulu fəsadları isə miokardın infarktı, insultdur.
Qanda xolesterinin və triqliseridlərin konsentrasiyasının artmasına səbəb olan və insan orqanizmi üçün "zərərli hesab edilən yağlara" və qidalara, əsasən, heyvan mənşəli yağlar – yağlı ət, xüsusən də qırmızı ətlər (mal əti, qoyun və donuz ətləri), yumurta, yağlı süd məhsulları, kürü, heyvanların beyini və daxili orqanları aid edilir.
Xeyirli yağlara bitki yağları, balıq (qızılbalıq, tunes, skumbriya, sardina), toyuq, dəniz məhsulları, qoz, yarmalar və s. aiddir. Dietoloqların məsləhəti çox sadədir – qida rasionunuzda "qırmızı" əti, yağlı süd məhsullarını azaldın, onların əvəzinə isə xeyirli yağlara üstünlük verin.
Qızardılmış məhsullara yox, suda və ya buğda bişirilmiş yağsız ət növlərinə üstünlük verin. Əgər qızardılmış məhsullar olmadan keçinə bilmirsinizsə, qızardılma üçün az miqdarda bitki yağından (yaxşı olar ki, zeytun yağından) istifadə edin. Bu məqsədlə kərə yağından və piydən istifadə etməyin!
Yağlı xəmirdən hazırlanan məhsullardan, peçenyedən, kartof çipslərindən çox istifadə etməyin.
"Tropik" yağlarda (kokos, palma, palma çəyirdəyi) hazırlanan məhsulların qəbulunu məhdudlaşdırın.
Bildiyiniz kimi xörək duzu (natrium xlor) arterial təzyiqin qalxmasına səbəb olur. Kalium və maqnezium isə ürək üçün xeyirli elementlərdir. Belə ki, kalium ürək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, bədəndə olan artıq suyun xaric edilməsinə kömək edir, damarları genişləndirir. Bunun nəticəsində isə arterial təzyiq aşağı enir. Maqnezim da damarları genişləndirir, sinir sistemini sakitləşdirir, qanda xolesterinin miqdarının azalmasına kömək edir.
Ona görə də bu elementlərlə zəngin olan qidaları (ərik qurusu, ispanaq, qarabaşaq, buğda və yulaf sıyıqları, kartof, göyərti, qoz, üzüm, qara gavalı, qara qarağat, kakao) daha tez-tez hallarda yeməyə çalışın. Bundan başqa həkim təyinatına uyğun olaraq tərkibində kalium və maqnezium olan dərman preparatları da qəbul etmək olar.
Meyvələrdə, tərəvəzlərdə, yarmaların tərkibində olan sellüloz ürək üçün çox xeyirli hesab olunur. O, qanda xolesterinin miqdarının azalmasına səbəb olur. C vitamini qan damarlarının divarının möhkəmlənməsinə kömək edir.
Buna görə də daha tez-tez hallarda portağal, limon, kələm, şirin bibər, qara qarağat, itburnu dəmləməsi qəbul edin.
Ümumiyyətlə desək, əgər sağlam ürəyə sahib olmaq istəyirsinizsə, mümkün qədər çox miqdarda meyvə və tərəvəzlər, göyərtilər, müxtəlif yarmalardan hazırlanan sıyıqlar, yağsız süd məhsulları, balıq və dəniz məhsulları qəbul edin.
Tünd çay və qəhvə çox qəbul etmək olmaz – artıq dərəcədə qəbul edildikləri halda, onlar ürəyə ziyan vurmuş olurlar.
Məsləhət görülən məhsullar və yeməklər
Yarmalardan hazırlan yeməklər:
Çörək və çörək-bulka məhsulları –duzu az olan və ya duzu olmayan, dünəndən qalan kəpəkli buğda çörəyi, yağı və şirinliyi az olan peçenye, ağ çörəkdən hazırlanan suxarı.
Müxtlif sıyıqlar (yulaf, qarabaşaq və s.), makaron məhsulları.
Birinci yeməklər: yarmalardan, tərəvəzlərdən, süddən hazırlanan suplar.
Ət və balıq yeməkləri: yağlı olmayan dana əti, dərisi çıxarılmış hind quşu və toyuq əti, yağsız balıqlar.
Meyvə və tərəvəzlərdən hazırlanan müxtəlif növ yeməklər.
Süd məhsulları: yağsızlaşdırılmış süd, kefir, kəsmik.
Yumurtadan hazırlanan yeməklər: qidaya əlavə etmək üçün yumurtanın özü (həftədə 3 dənədən artıq olmamaqla), yumurtanın ağından hazırlanan yeməklər.
Şirin yeməklər (gün ərzində 100 qramdan artıq olmamaqla - şəkər hesabı ilə): bal, şəkər, kompotlar, kisellər, quru biskvit, mürəbbə, marmelad, zefir.
İçkilər: tünd olmayan çay, qəhvə, meyvə şirələri, şirin olmayan kompotlar, kisellər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2159   Tarix: 19 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

sade makiyaj sekilleri kosmetika mehsullari qadin sayti baş gicəllənməsi hiperaktiv usaqlarin mualicesi cizgi filmləri yoğun bağırsaq xəstəlikləri kosmetika salam qizlar veten haqqinda bayatilar pizza namiq qaraçuxurlu