Ürək Xəstəliyinin 17 Əlaməti! Risk Altında Olduğunuzu Necə Anlayarsınız?

Ürək Xəstəliyinin 17 Əlaməti! Risk Altında Olduğunuzu Necə Anlayarsınız?Bədənimizdə lazımi oksigen və qida maddələrini təmin edən ürəyimiz, müxtəlif səbəblərdən bu vəzifəni yerinə yetirə bilməyındə, ürəyin özündə və ya digər orqanlarda bir sıra pozuntulara səbəb olur.
Bunlar da xəstəlik əlamətləri olaraq, xəstələrin şikayətlərini yaradır.
Ümumiyyətlə xəstələrdə görünən qəlb xəstəliklərinin əlamətləri:

Ağrı
Nəfəs darlığı
Yorğunluq və halsızlıq
Döyüntü
Ayaqlarda və qarında şişmə (ödem ve asit)
Öskürək
Özündən getmə(senkop)
Mədə pozğunluğu, hıçqırıq və udma çətinliyi
Baş və boyun ağrıları
Göyərmə və.s

Ağrılar

Ürək xəstəliklərinin ən mühüm və ən çox rast gələn əlamətlərindən biridir. Koronar arteriya xəstəliyi (yəni ürəyi qidalandıran damarların daralması və ya keçilməzliyi) kifayət qədər oksigen almayan ürək əzələsi, bunu ağrı ilə göstərir.

Ancaq, döşdə hiss edilən ağrıların hamısı ürəklə bağlı deyil. Əzələ, qabırğa, onurğa, yemək borusuna aid ağrılar da döşdə hiss edilə bilər.

Ağrı yorulanda və ya həyəcanlananda olur, dincələndə keçirsə koronar damarlarla bağlı olma ehtimalı çoxdur.

Aortal stenoz, hipertrofiya obstruktiv kardiomiopatiya, ciddi hipertoniya, aorta çatışmazlığı, ciddi qan azlığında, hipoksiya kimi səbəblər döşdə işemik (yəni qanın az gəlməsi) mənşəli ağrılara səbəb olur.

Aorta disseksiyası (ana damarın cırılması), perikardit (ürək pərdəsi iltihabı), mitral qapaq çatışmamazlığı işemik mənşəli olmayan ağrılara yol açır.

Ezofaqus spazma, qastroezofageal reflüks, ezofaqus(qida borusu) cırılması, trofik yaralar da mədə-bağırsaq mənşəli döş ağrılarına yol açır.

Qorxu, depressiya, ürək psixozu, şəxsi mənafe məqsədli psixoloji səbəblərlə də yaranan sinə ağrıları var.

Torasik çıxış sindromu, servikal-torasik fəqərədə degenerativ oynaq xəstəliyi, kostokondrit, herpes zoster (zonası), döş divarının ağrı və həssaslığı kimi neyrojenik, əzələ-skelet sisteminə bağlı səbəblər də sinə ağrılarını yarada bilər.

Ağciyər mənbəli, ağciyər infarktı ilə bərabər olan və ya olmayan ağciyər emboliyası, pnevmotoraks, plevranı (ağciyər pərdəsində) əhatə edən pnevmoniya (pnevmoniya) da sinə ağrısına səbəb olur. Plevrit (ağ ciyər pərdəsinin iltihabı, su toplaması) daha çox yan ağrısıyla özünü göstərir.

Angina pektoris dediyimiz, koronar damarların daralması və ya zəifləməsi nəticəsində yaranan sinə ağrısı, tez-tez ağır bir yeməkdən sonra və ya həyəcanlı, əsəbi, kədərli bir vəziyyətdə, bəzən də yorucu bir iş, yerişlə əlaqədar olaraq meydana gəlir.

Angina pektoris, əsasən tədricən artır və yayılır. Batıcı və ya saplanıcı tərzdə, ani olaraq maksimum gücdə yaranan ağrılar, adətən, ürəklə əlaqəsi olmayan, əzələ-skelet və ya sinir mənşəli ağrılardır.

Anginal ağrı, adətən retrosternal (iman taxtasının arxasında) və ya orta xəttin xəfif solunda, döşün altında hiss edilir. Nadir olaraq sol məmə altında ola bilər.
Miokard işemiya ağrısı, hər iki tərəfdən döşə və qollara (daha çox sol qol), boyuna və alt çənəyə yayılmağa meyllidirlər. Bəzən arxaya və boyuna doğru da yayıla bilər.

Perikardit, yəni ürək pərdəsi iltihabı vəziyyətində yaranan ağrı davamlıdır. Nəfəs alıb verməklə, sinə hərəkətləri artır. Kürək üstü yatanda artır, qarşıya doğru əyiləndə yavaşıyır. Adətən atəş, nəfəs darlığı, həyəcanla birlikdə görülür.

Ağciyər pərdəsi xəstəliklərində (plevrit) də oxşar tipdə ağrılar var.

Aorta damarlarının yırtılmasında çox şiddətli bir ağrı duyulur. Xəstə damar yırtılmasını, yırtılma şəklindəki ağrıyla aydın hiss edə bilir. Ağrıyla birlikdə xəstədə tərləmə, göyərmə, təzyiq düşməsi, huşsuz olur; Qol və qıçlar göyərir.

Əsas ağciyər damarı və budaqları laxta ilə tutulduqda sinən ortasında şiddətli bir ağrı olur. Eyni zamanda, öskürək, qanlı bəlğəm, döyüntü və göyərmə də olur.

Nəfəs darlığı

Nəfəs darlığı, insanın çətin və yorucu, çətinliklə nəfəs alıb verməsi deməkdir. Bir çox səbəbi var.

Xroniki astma, ürək çatışmazlığı, xroniki ağciyər xəstəliyi və ya fiziki vəziyyətin çatışmazlığına bağlı olarak (yaşlılar, köklər və ya daha çox oturaraq iş görən adamlar) inkişaf edə bilər.

Nəfəs qıtlığının ani artımı ağ ciyərdən çox ürək xəstəliyini düşündürür. Digər tərəfdən, həm ağciyər, həm də ürək xəstəliyi olanlar nəfəs darlığına hansının daha çox səbəb olduğunu ayırd etmək olduqca çətinləşir.

Yatılı mövqedə inkişaf edən nəfəs darlığı daha çox sol ürək çatışmamazlığı və ya mitral qapaq xəstəliyi olan insanlarda seyr edilir. Bununla bərabər öskürək də olur.

Gecə yatdıqdan 2-3 saat sonra inkişaf edən nəfəs darlığı, əsasən qalxıb oturduqda düzəlir. Ağrılar yüngül olduğu kimi, xırıltılı tənəffüs, öskürək, şiddətli nəfəs darlığı və bərabərində vahiməyə düşə bilmə də görülər. Bəzən ağciyər şişinə qədər gedə bilər. Sol ürək çatışmazlığı olan insanlarda, gecə yatanda mərkəzi qan həcminin artmasına bağlı olaraq inkişaf edir. Ayaqlarda yığılmış olan qan gecə mərkəzi qan sisteminə əlavə olunanda, onsuz da mərkəzdə işləyən ürək yaxşı çalışmaz.

İşləyərkən və ya istirahət zamanı gələn, quru, qıcıqşəkilli öskürək, ürək çatışmamazlığına bağlı ağciyər şişi ilə bağlı ola bilər. Nəfəs darlığı ümumiyyətlə olsa da, öskürək şikayəti daha ön plana keçər.

Kəskin ağciyər şişinə bağlı olan öskürəkdə çəhrayı, köpüklü bəlğəm görülərkən; Xroniki bronxitin bəlğəmi adətən ağ və sümüyü rəngdədir.

Nəfəs darlığı ilə birlikdə eşidilən fit sesi (wheezing) ağ ciyər və ya ürək xəstəliklərinə bağlı ola bilər.

Nəfəs darlığı, ürək xəstəliklərində olduğu kimi, çox müxtəlif tənəffüs sistemi xəstəliklərində, qan çatışmazlıqlarında, sinir sistemi xəstəliklərində də görülə bilər.

Yorğunluq və Halsızlıq

Bir çox səbəbə bağlı olaraq inkişaf edə bilər. Ən çox narahatlıq və depressiyaya bağlı olaraq görünər.

Qan azlığında, hipertireoz və digər xroniki xəstəliklər yorğunluq və halsızlığa səbəb ola bilər.

Ürək çatışmazlığı olan xəstələrə, verilən sidikqovucu dərmanlar və ürək çatışmazlığının getdikcə artması

Ürək xəstəliklərində görülən öskürək, yorulmaqla əlaqəli və qırıq-qırıqdır. Xırıltılı tənəffüs, döyüntü və nəfəs darlığı da birlikdə ola bilər. Öskürək quru və ya bəlğəmlə ola bilər. Bəlğəm köpük şəklində və çəhrayı isə, kəskin ağciyər şişinə işarə edə bilər.

Gecələr yuxudan oyadan və qalxıb oturmaqla keçən öskürək, ürək çatışmamazlığı təzahürüdür.

Bəzi dərmanların səbəb olduğu (ACE ləngidici) quru öskürək də mövcuddur.

Ağciyər xəstəliklərinin olar bilər ki, hamısında öskürək var. Bunlarda bəlğəm ağ, sarı, yaşıl, sümüyüdür. Ağciyərə laxta gəldiyi hallarda sinə ağrısı, öskürək, qanlı bəlğəm birlikdədir.

Özündəngetmə (Senkop)

Kardiotonik bayılma , ürəyin döyüntüsündəki (atım həcmi) ani azalmaya bağlı olaraq inkişaf edən yetərsiz beyin qan cərəyanına bağlı müvəqqəti şüur itkisi olaraq tanınır. Özündəngetmə isə, xəstənin özünü pis hiss etməsi və zəiflik hissi, özündən getməsinə baxmayaraq, şüurunun itirməməsi ilə xarakterizə edilir.

Hücum zamanı yaralanma, qəfil huşunu itirib yıxılma ilə olan daha ciddi bir vəziyyəti göstərir. Ürək ritm pozuqluğuyla inkişaf edən senkopta, qısa davamlı sıxılma ilə müşahidə edilə bilər.

Kardiojenik şokda xəstə sidik qaçırda bilər; ritm düzələndə şüur ani olaraq açılır. Nevroloji olanda, yuxulu hal davam edər.

Tez-tez görülən tip senkop(vazovagal senkop); Artıq azan sinirə aid xəbərdarlıqdan qaynaqlanan nəbz və təzyiq düşməsi səbəbindən inkişaf edir. Əksəriyyətlə, isti bir otaqda, ağır bir yemək kimi xəbərdaredici amillər var. Ürək bulanması, tərləmə, əsnəmə, bəzən görmə və eşitmə pozğunluğu kimi ön əlamətlər olur. Bunlardan sonra xəstədə nəfəs darlığı yaranır, tərli ola bilər və ürək sürəti yavaşıyır.
Boyundakı karotis boşluğunun həddən artıq həssaslığı nəbzi ləngidib huşsuz vəziyyətə yol aça bilər. Traş vaxtı, sıx qalstuk taxanda, boyun hədsiz çevriləndə inkişaf edə bilər. Tez-tez rast gəlinən bir vəziyyət deyil.

Adətən altda yatan ağciyər xəstəliyinə bağlı öskürək senkopa yol aça bilər.

Çox sürətli və ya yavaş aritmiya yüngül baş dönməsindən huşsuz vəziyyətə qədər şüur dəyişikliyi edə bilər. Müvəqqəti tam qəlb bloku, ürək dayanması, mədəcik taxikardiyası, huşsuz vəziyyətə yol aça bilər. Ön əlamət olmadan ani şüur itkisi olur və ritm düzələndə adam dərhal normala dönür.

Ürək boşluğu daxilindəki şiş və ya laxta tərəfindən ürək qapağının müvəqqəti keçilməzliyi, xəstənin vəziyyətinə bağlı olaraq bayılmaya (senkopa) səbəb ola bilən nadir bir haldır.

Çoxu normal xəstədə sürətli mövqe dəyişikliyinə bağlı müvəqqəti baş dönməsi ola bilər. Yaşlılarda daha çox görülür. Postural hipotenziya, xəstə uzanmışkən və adətən yatarkən və ya oturaq mövqedə ani şərtlərdə reallaşan bayılmanın əsas səbəblərindəndir. Buna da səbəb tez-tez periferik neyropatiya, avtonom disfunksiya pozğunluğu, maye itkisi və ya dərmanların yan təsiridir.
Mədə pozğunluğu, hıçqırıq və udma çətinliyi

Koronar çatışmamazlığına bağlı angina pektorisi olan bir çox xəstə, şikayətlərini mədə pozğunluğu və yanma ilə qarışdırır. Əksinə, spazma olan xəstələr də şikayətlərinin angina pektorisdən olduğunu düşünə bilər.

Hıçqırıq, infarktlı xəstələrdə nadir hallarda inkişaf edir; Ürək cərrahiyyəsi sonrası isə tez-tez görülür.

Udma çətinliyi, somatik sklerozlu, aorta arkus anomaliyası olan və ya həddindən artıq geniş sol atriumlu (qulakcıqlı) xəstələrdə inkişaf edə bilər.

Baş və boyun ağrıları

Arterial təzyiqin çox yüksəlməsiylə və ya çox düşməsində baş və boyun ağrısına tez-tez rast gəlinir. Ani yüksəlmələrdə, baş ağrısıyla birlikdə ürək bulanması da olur.

Göyərmə (siyanoz)

Qanın yaxşı oksigenlənmədiyi və ya ürək və ya böyük damarları səviyyəsində çirkli qanın təmiz qana qarışması yaranır.
Doğuşla əlaqədar ürək xəstəliklərində və ürək çatışmazlığında görülür.

Sağlamlıq     Baxılıb: 75053   Tarix: 17 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

yay geyimləri 2025 toy makiyajlari sade makiyaj sekilleri qüsl almaq qaydası limon maskasi uz ucun maska resepti körpə gəzintidə kosmetika rus dilin nece orenek tərəzi bürcü hakistalar saglam qidalanma novruz bayrami hakisda