Ürəyimizi infarktdan necə qoruyaq?

Ürəyimizi infarktdan necə qoruyaq?"Günlük praktikamızda əlavə heç bir risk faktoru olmadığı halda siqaret çəkən insanlarda miokard infarktının daha erkən yaşlarda təzahür etdiyini görürük".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu invaziv kardioloq Gülanə Ağayeva deyib. Həkim bildirib ki, miokard infarktı dünyada ölüm səbəbləri arasında ilk yerlərdən birini tutur. Hər gün saysız-hesabsız insan bu xəstəliklə qarşılaşır.
Onun sözlərinə görə, ürəyimizi infarktdan qorumaq üçün ilk növbədə infarktın səbəbləri  və simptomlarını bilmək lazımdır.
Həkim vurğulayıb ki, miokard infarktının səbəbləri dəyişilə bilən və dəyişilə bilməyən faktorlar olmaqla iki qrupa ayrılır: "Dəyişilə bilməyən faktorlara genetik meyillik, yanaşı xəstəliklər və cins-daha çox kişilərdə rast gəlinir-aiddir. Genetik meyllik dedikdə buna həm də yüksək xolesterin səviyyələri olan insanlar daxil edilir. Bu insanlarda  zərərli xolesterin adlandırdığımız LDL Xolesterol yüksəkliyi birbaşa infarkta gətirən səbəbdir.Yanaşı xəstəlikərdən ən çox təsiri olan şəkərli diabet və hipertoniya xəstəliyidir. Bu xəstəliklər də nisbətən dəyişilə bilən sayılır, kontrolda saxlanılmaqla fəsadlardan qorunmaq olar.
Dəyişə bilən faktorlar həyat tərzi, artıq çəki, zərərli vərdişlər olmaqla sıralanır.
Oturaq həyat tərzi keçirən, hərəkətsiz və artıq çəkili insanlar ürək xəstəlikləri üçün risk altındadır. Araşdırmalar göstərir ki, həyat tərzi dəyişiklikləri, çəki azaldılması ürək xəstəliklərini ciddi şəkildə azaldır. Bundan əlavə, miokard infarktının ən böyük səbəblərindən biri də siqaretdir.
Günlük praktikamızda yanaşı heç bir risk faktoru olmadığı halda siqaret çəkən insanlarda miokard infarktının daha erkən yaşlarda təzahür etdiyini görürük.
Bütün bunları nəzərə alaraq kiçik günlük həyat tərzi dəyişiklikləri, daha çox fiziki aktiv olmaq, qidalanma rejiminə xüsusi diqqət etmək, artıq çəkidən qurtulmaq və zərərli vərdişlərdən uzaqlaşmaqn məsləhətdir".
Kardioloq bildirib ki, daim yüksək xolesterin və şəkər dəyərləri, kontrola alına bilməyən arterial təzyiqi, fiziki aktivlik zamanı hər hansı bir narahatlığı (sinə ağrıları, göynəmə) olan şəxslər miokard infarktı üçün çox böyük təhlükə altında olduğundan vaxt itirmədən həkimə müraciət etməlidir: "Unutmayın ki, vaxtında qoyulan diaqnoz həyat qurtarır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1217   Tarix: 25 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetik vasiteler ariqlamaq ucun yasil cay salatlarin dizayni abqoranin hazirlanmasi balqabağın faydaları kosmetika hakistalar saglam qidalanma novruz hakıştası bayatı efsane