Ürəyin fəaliyyətini asanlaşdıran qidalar

Ürəyin fəaliyyətini asanlaşdıran qidalarİş stressi, dostlarla və ailə münasibətləri ürəyə də təsirsiz ötüşmür. Bu siyahıya günlük qəbul etdiyiniz qidaları əlavə edərək onun işini daha da çətinləşdirməməyə diqqət göstərmək lazımdır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, duz hamının lazım olduğundan daha çox istehlak etdiyi qidadır. Duzun vacib komponentlərindən olan natrium qidaların hüceyrə divarından keçməsinə, sinir-əzələ funksiyalarının yerinə yetirilməsinə və bədənin ehtiyac duyduğu nisbətdə su tutulmasına kömək edir. Bununla birlikdə, natriumun həddindən artıq olması qan damarlarında su həcmini artırır və təzyiqi yüksəldir. Nəticədə infarkt, ürək çatışmazlığı, iflic, hətta böyrək xəstəliyi kimi ciddi problemlərlə qarşılaşa bilərsiniz.
Ürəyin funksiyasını yerinə yetirməkdə yardımçı olan qidaların başında tərəvəz və meyvələr gəlir. Balqabaq, badımcan, xiyar və sarımsaq kimi qidalarda natrium yoxdur. Bundan əlavə, yüksək kalium ehtiva edən ispanaq, cəfəri, şüyüd və brokoli kimi yaşıl tərəvəzlər də aşağı natriumlu ərzaqlar arasında doğru seçimdir. Alma, çiyələk, portağal, naringi, greyfurt, ərik və banan, demək olar ki, bütün meyvələrdə natrium azdır. Bitki mənşəli zülal və liflə zəngin olan qurudulmuş noxud, yaşıl mərcimək, yulaf, çovdar, qəhvəyi düyü, bulqur kimi dənli bitkilərdə də natrium azdır.
Günə təzə və ya qurudulmuş meyvə, qatıq və yulaf ezmesi ilə başlaya, yeməklərinizə darçın əlavə edə bilərsiniz. Yeməklərinizi duz olmadan istehlak etməkdə çətinlik çəkirsinizsə, kəklikotu, rozmarin, zərdəçal, zəncəfil, bibər, nanə kimi ədviyyatlar istifadə edə bilərsiniz.
Bağırsaq florasının güclənməsini dəstəkləyən qatıq, ayran ürəyin funksiyasını sağlam şəkildə yerinə yetirməsinə yardımçı olur. Qatığı müxtəlif meyvə və tərəvəzlərlə qarışıdrıb, üzərinə yuxarıda sadalanan ədviyyatlardan əlavə  edə bilərsiniz. Bu həm də piylənmənin qarşısını alacaq. Bu da ürəyin daha yaxşı işləməsinə gətirib çıxaracaq.
Qoz, fındıq, badam, yerfıstığı kimi yağlı bitkilərin tərkibində natrium yoxdur. Bununla yanaşı vitamin və minerallarla zəngindir. Yağ miqdarı yüksək olduğu üçün gündəlik kalori ehtiyacınıza uyğun olaraq istehlak etmək daha faydalıdır. Yağlı toxum istifadə edərkən diqqət etməli olduğunuz ən vacib məqam qovrulmuş və duzlu toxumlardan uzaq durmaqdır. Çiy və hər hansı bişmə mərhələsindən keçməmiş şəkildə istehlak etməyə çalışın.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1014   Tarix: 12 dekabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gelinlikler qadın geyimi gözəllik məhsulları mürəbbələr tanınmış qadın simalar çantalar gavalı salatı kosmetika irem derici vicdan dolca faydalı bilgilər vusale elizade