Uşağa əti neçə aydan sonra vermək olar?

Uşağa əti neçə aydan sonra vermək olar?Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, həm təbii (ana südü), həm süni (adaptasiya olunmuş süd qarışıqları - "smes") şəkildə qidalandırılan uşağa yalnız 6 aydan sonra əlavə yeməklər (sıyıqlar, pürelər və s.) vermək olar.
Milli.Az Saglamolun.Az-a istinadən bildirir ki, mütəxəssislər kəsmik (kefir), südlü və südsüz sıyıqlar və ya tərəvəzlərdən başlamağı tövsiyə edir.
Yeni qidanın verilməsinin bir neçə qaydası var:
- Yeni qida yalnız tam sağlam uşağa (hərarət normadadır, ishal, qəbizlik yoxdur, öskürmür və s.) verilə bilər.
- İstənilən yeni qida əsas yeməkdən (ana südü və ya "smes") əvvəl verilməlidir.
- Az miqdarlardan başlamaq və tədricən (5-7 gün ərzində) artırmaq  lazımdır. 5-7 gün ərzində yalnız 1 yeni məhsul verilə bilər.
- Uşağa yeni qida verdikdə dərinin vəziyyətinə (səpgilər ola bilər) və nəcis ifrazına (ishal, qəbizlik ola bilər) fikir verin. Pozulmalar əmələ gəlibsə, uşağa bu qidanı verməyin.
Ət uşaq üçün çox vacib məhsuldur. Ət uşağa 8 aydan sonra verilə bilər. Əti əvvəl püre, daha sonra kiçik küftələr şəklində vermək olar. Mal və ya quzu ətindən başlamaq lazımdır. İlk dəfə yarım çay qaşığı verin, növbəti gün 1 çay qaşığı və s. 8-9 aylarda uşaq hər gün 30-40 qr, 11-12 aylarda - 50-70 qr ət yeyə bilər. Uşaq gündə 1 dəfə ət yeməlidir. Əti uşağa tanış olan tərəvəz və ya sıyıqla (qarabaşaq, düyü) vermək olar.   
Toyuq əti allergik məhsuldur və bu səbəbdən onu daha gec vermək və uşağın orqanizminin reaksiyasına nəzarət etmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1805   Tarix: 16 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

geyim seçimi yay kolleksiyasi makiyaj etmek qaydalari öpüşmək qaydası mektebli sac duzumleri saç tökülməsi utunun altini nece temizlemek kosmetika qaynanaya aid yutube vidyolar maraqlı vetene aid atalar sozleri