Uşağa tualet vərdişi bu cür aşılanmalıdır - ANALARIN DİQQƏTİNƏ

Uşağa tualet vərdişi bu cür aşılanmalıdır - ANALARIN DİQQƏTİNƏUşaqlara tualet vərdişini aşılamaq anaların çoxuna çətin gələn prosesdir. Mütəxəssislər hesab edir ki, uşağa bu proses 18-30 ayları arasında öyrədilməlidir. Lakin bu müddət uşaqdan-uşağa dəyişə bilər. Tualet vərdişinin vaxtında aşılanmaması gələcəkdə uşaqda sidik yollarında bəzi xəstəliklərin yaranmasına səbəb ola bilər. Milli.Az Ailem.az-a istinadən valideynləri narahat edən bu mövzu ilə bağlı bəzi məsləhətlər verir.

Tualet vərdişinə başlamazdan əvvəl uşağın buna hazır olub-olmadığını anlamaq vacibdir. Bunu anlamaq üçün uşağın bəzi hərəkətləri sizə ipucları verə biləcək:

1. Tualetini bezinə edən uşaq altını çirkləndirdiyi zaman bunu hər hansı formada, bəzi hərəkətləri ilə izah etməyə çalışırmı?

2. Alt paltarını, evdə geyindiyi paltarları özü soyunub-geyinə bilirmi?

3. Hamam və tualetin evin ayrı hissələri olduğunu və orada nələr edildiyini anlamaq üçün bəzi davranışları varmı?

4. Güvəcə otura bilirmi?

5. "Bəli" və "xeyr" anlayışlarını bilir və söyləyirmi?

6. Quru və nəm nə deməkdir bilirmi və ifadə edə bilirmi?

7. Hər hansı bir müvəffəqiyyəti olduqda mükafatlandırılmağa müsbət cavab verirmi?

8. Sizdən istədiyi şeyləri tələb edə bilirmi?

Bəzi uşaqlar bu vərdişə çətin yiyələnirlər. Ona görə də məcburiyyət və cəza ilə bu vərdişi müəyyən zamanda aşılamağınız düzgün deyil. Bunun yerinə ətrafınızdakı uşaqların bu vərdişə yiyələnmələrini və bunun müsbət tərəflərini misal çəkin. Lakin müqayisə etməyin. Bu, uşağın özgüvən hissini itirməsinə səbəb olacaq. Bütün uşaqların fərqli olduğunu, hər birinin fərqli sahələrdə üstün olduqlarını unutmayın.

Uşağa tualet vərdişi aşılamaq üçün əvvəlcə bəzi nizam-intizam qaydaları tətbiq etmək məsləhətdir.

1. Səhər yuxudan oyandıqdan sonra, hər yeməkdən və gecə yatmazdan əvvəl tualetə getməyə təşviq etsəniz, yaxşı olar. Bu vaxtlar uşağın ağlında tez qalan zaman kəsimləridir.

2. Bu dövrdə geyinib-çıxarılması asan və islandıqda asanlıqla əvəz edilə bilən pijama və alt paltarlar istifadə etməyiniz prosesi asanlaşdıracaq.

3. Bu müddətdə kiçik qəzalar baş verdikdə anlayışla qarşılamaq və növbəti dəfə bunu tualetə edə biləcəyini söyləmək lazımdır.

4. Bu zaman kiçik mükafatlar vermək, onu motivasiya edəcək sözlər istifadə etmək faydalıdır.

5. Bəzi hallarda tualet uşaq üçün uyğun olmaya bilər. Tualetin çox qaranlıq olması, pis iy verməsi və s. Tualet vərdişi əsnasında tualeti uşağın mənimsəyə biləcəyi formada qura bilərsiniz.

6. Bu vərdişi aşılayan zaman bəzi ardıcıl davranış qaydalarını da öyrətməyi unutmaq olmaz. Bu ardıcıllıq - tualetə girmək, soyunmaq, tualetini etmək, təmizlənmək, geyinmək, sifonu çəkmək və əlləri yumaqdır. Bunların hamısının yerinə yetirilməsi tualet vərdişinin uğurla həyata keçirilməsi deməkdir.

7. Müvəffəqiyyətsizlik isə bu vərdişdən imtina və ya vərdişdən soyumağa əsas vermir. Bir daha cəhd edin.

Tualet vərdişi alınmadıqda...

Bir müddət fasilə verib nəfəs almaq həm ana, həm uşaq üçün müsbət nəticələr verəcək. Uşaqlar hər dəfə yeni bir şey öyrənmə dövründə özlərini etibarlı və güvənli hiss etməlidirlər. Yanlış bir təcrübə və ya səhv nəticəsində öyrənmə müddəti uzun, çətin keçə bilər. Məsələn, tualetə uyğun oturmama və bu mövzuda özünü etibarda hiss etməməsi uşağın tualetdən qaçmağına səbəb olacaq. Bu müddətdə kiçik qəzalara görə uşağınızın altının uzun müddət yaş qala biləcəyini, cildinə tez-tez nəzarət etməyi və lazımlı, baxımlı etməyi unutmayın. Bezini nizamlı və tez-tez dəyişdirin.

Bu məqamlara diqqət edin:

1. Tualet vərdişi aşıladığınız müddətdə uşağınızın geyinib-soyunması üçün asan paltarlar seçin. Rahat geyimlər sayəsində uşaq lazım olduğu kimi oturub-dura biləcək, rahat və sürətli hərəkət edəcək.

2. Nümunə üçün siz də tualetə oturub uşağınıza nə etmək lazım olduğunu göstərə bilərsiniz və sizi təqlid etməsinə şərait yaradın.

3. Uşağınızın davranış və hərəkətlərindən tualetə ehtiyacı olub-olmadığını anlamağa çalışın. Məsələn, üz mimikaları, özünü sıxmaq, sidiyini tutma manevrləri və s. Onda bu anları müşahidə etsəniz, tualetə getməsini təklif edin.

4. Müəyyən vaxtlarda tualet ehtiyacı olub-olmadığını soruşun, "yox" cavabı versə, israr etməyin. Bunu edərkən ortaya çıxa biləcək kiçik qəzalara görə uşağınızı danlamayın.

5. Bu vərdişi aşılayarkən bəzi şeyləri tez-tez təkrarlamağınız əhəmiyyəti olacaq. Məsələn, uzun bir səyahətə çıxdığınız zaman bunu tətbiq etmək çətindir.

6. Bir müddət güvəci özünüzlə gəzdirməyiniz məsləhətdir.

7. Hər iki saatdan bir tualetə aparın.

8. Təyyarəyə, ya digər ictimai nəqliyyat vasitəsinə minməzdən əvvəl tualetə aparın.

9. Yanınızda lazımlı sayda paltar və gigiyenik vasitələr götürün.

10. Oyun oynadığı vaxtlarda və oyuna aludə olduqda onu tualetə aparmağı unutmayın.

11. Tualet vərdişi aşılamaqda səbr göstərsəniz, bunun bəhrəsini görəcəksiniz.

Ailə və Uşaq     Baxılıb: 3467   Tarix: 13 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

qadın geyimi qadin dunyasi gelinlikler elm haqqinda atalar sozu hakışta xınayaxdı sözləri hind paltarlari sifahi xalq edebiyyati kosmetika hakıştalar nizami gəncəvi efsaneler seksler laylalar