Uşağı necə əmizdirmək lazımdır

Uşağı necə əmizdirmək lazımdırƏziz xanımlar,bəziləriniz uşaq əmizdirməyi bilirsiniz. Amma, uşaq əmizdirərkən nələrə diqqət etmək lazımdır, onları bilirsinizmi? Elə isə buyurun oxuyun:

Əziz analar, ilk növbədə uşaqların yanını təmizləmək lazımdır. Yanını təmizlədikdən sonra əllərinizi sabunla yuyun ki, uşağınıza mikrob keçməsin. Döşünüzün başını nəmli və təmiz salfetlə silin. Uşağınızı əmizdirməyə başlarkən ilk öncə rahat yer seçin (Normal doğuş edən xanımlar əsasən tikişləri varsa oturanda çox çətinlik çəkirlər. Onun üçün kürək hissənizə yastıq qoyub uşağınızı rahat əmizdirə bilərsiniz. Əmizdirməkdə əsas şey kürəyin bir yerdən dəstək almasıdır. Uşağınızın üzü və bədəni tam olaraq sizə tərəf olmalıdır. Bu yolla siz uşağınızı daha çox əmizdirə bilərsiz,daha çox süd verə bilərsiz. Birnci döşünüz boşalıncaya qədər uşağı əmizdirin (təxmini 15 dəqiqəyə) Uşağınız doymursa digər döşünüzə keçin. Döşünüzün birini az əmizdirsəniz o döşdə süd gəlmə azalacaqdır və daha sonra süd gəlməyə bilər (südü azalan döşü uşaq bir zamandan sonra əmmək istəməyəcək. Uşaq əmmədikdən sonra da süd gəlmə dayanacaqdır) Hər əmizdirdikdə ilk gələn süddə yağ az olur. Uşaq əmdikcə süddə yağın miqdarı artmağa başlayacaqdır. Uşağınız yağlı südü əmdikcə doymağa başlayacaqdır. Uşağı az əmizdirərək yatmasına izin verməyin. Onu qıdıqlayaraq (təbbi ki üzünü) oyatıcı hərəkətlərlə çox əmməsinə nail ola bilərsiniz. Çünki,az əmdikdə uşaq tez-tez yuxudan oyanacaqdır və sizi də yatmağa qoymayacaqdır. Hər uşağın əmmək vaxti fərqlidir. Bu vaxt 5 dəqiqə ilə 30 dəqiqə arasında dəyişir (İlk zamanlar az əmirlər,amma böyüdükcə daha çox əmməyə başlayırlar) Ancaq uşağınızın əmmə vaxtı 1 saatı keçersə həkimdən məsləhət alın. Uşağı əmizdirərkən oturuşa çox diqqət etmək lazımdır, Əziz xanımlar.

Döşlərinizi yuduqda tez-tez sabundan istifadə etməyin. Çünki, bu döşlərdə çat əmələ gətirir. Başı anaya doğru, gövdəsi çölə doğru olan uşaq döşü əmməkdə çətinlik çəkir. Uşağınızın başını qolunuzun iç tərəfinə yerləşdirərək, eyni qolunuzla ayaq qismini tutun (y'ni dogulan uşaqları yastığın üstünə qoyub əmizdirsəniz onu incitmək kimi narahatçılığınız olmaz). Uşağı əmizdirərkən heç vaxt başından tutmaq lazım deyil. Uşağı tutan ananın ön qolu olmalıdır. Digər əlinizin iki barmağıyla da döşünüzün başını sıxaraq üşağınızın ağzına toxundurun. Əmizdirmə bitdikdən sonra,döşünüzün ucunu sıxıb bir damla süd gəlməsini və bunun döşə dağılaraq qurumasına yol verməmək lazımdır. Yəni öz südünüzlə döşünüzün başını təmizləyin. Etdiyiniz bu təmizlik döşünüzdə çatların əmələ gəlməsinin qarşısını alacaqdır və döşünüzün yumuşaq qalmasına kömək edəcəkdir.

Ailə və Uşaq     Baxılıb: 5053   Tarix: 19 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

turlar.az

gozel gorunmek donlar 2026 geyim seçimi maraqlıdır kişi xəyanət arıqlama cins 2026 kosmetika sağlıq balıq novruz bayramina aid hakistalar oğlan evine aid hakisda tut ağacı tutdudu