Uşağım qucağımdan düşmür

Uşağım qucağımdan düşmürİlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq azad, arzuladığı yerə gedə bilmək üçün son dərəcə həyəcanlı olur.Ancaq bəzi uşaqlar,bu ilk həyəcanı bitdiyi zaman yeriməkdənsə qucaqda gəzməyin daha yaxşı olduğuna qərar verir. Yeriməmək üçün inad etməyə və qucaqda daşınmaq üçün israr etməyə başlayır. Bir zamanlar getmək üçün çırpınan kiçik balanız, qıçlarınıza yapışaraq "Məni qucağına götür" deyə ağlayıb getməmək üçün nə lazımdırsa edir.Əgər belə bir vəziyyətdəsinizsə sizə bir neçə ipucu verim:

Yeriməyi əyləncə halına gətirin

Uşağınız gedərkən onu əyləndirmənin yollarını tapın; yolda gördüyünüz bütün heyvanları,quşları göstərin, səki daşlarının üzərinə çıxardıb düşürün,oynadın. Mahnı oxuyaraq ya da yolda gördüyünüz çiçəklərə baxmaq üçün dayanın,diqqətini başqa istiqamətə çəkin.

Onu köməkçiniz edin

Mağazaya getdiyiniz zaman uşağınızın kömək etməsinə icazə verin. Alış-veriş siyahısının bir kopiyasını ona verin (itirmə ehtimalına qarşılıq bir siyahı da özünüzdə saxlayın). Dönərkən qırılmayacaq yüngül şeylərin olduğu bir paketi daşımasına icazə verin. Onun köməyi olmadan bu qədər şeyi evə apara bilməyəcəyinizi söyləyin.

Tələsgənlik etməyin

Bunu unutmayın : uşağınızın qıçları sizinkilərdən qısadır və sizin atdığınız addımların 2-3 mislini atmaq, yəni daha çox getmək məcburiyyətindədirlər. Təbii olaraq sizdən daha əvvəl yorulacaq. Mümkün olduğu qədər onun ritminə uyğun gedin və yorulmaması üçün tez-tez kiçik fasilələr verin.Uşağınız evə qədər getməməkdə israr edirsə, yolun bir qisimini getsə bir qisimində onu qucağınıza götürəcəyinizi söyləyin. Beləliklə hər istədiyini etdirməyəcəyini,həm də yeriməsinin vacibliyini öyrənəcək.

Səylərini təqdir edin

Qısacıq bir məsafə belə olsa gedişini tamamladığı zaman mütləq uşağınızı təqdir edib " afərin" deyin. Artıq böyüdüyünü və getdiyiniz yerlərdə sizə kömək edəcəyini söyləyin.

Ailə və Uşaq     Baxılıb: 5026   Tarix: 29 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

geyim necə seçməli aksessuarlar yaz geyimleri 2026 dadlı yemək ari mehsullari göyəmin faydası alma cemli piroq kosmetika atalar sözləri arxadan olmaq ağır itki əqrəb hekaye janri