Uşağın qızdırması yüksəkdirsə, bunları etmək olmaz

Uşağın qızdırması yüksəkdirsə, bunları etmək olmazBəzən valideynlər uşaqlarda qızdırma olduğu zaman yalnız hərarətsalıcı dərmanlardan istifadə edərək, Həkimə getməkdən imtina edirlər. Bu isə bir çox fəsadlara gətirib çıxara bilər. Əslində qızdırma bir çox xəstəliklərin xəbərçisi ola bilər.
ATU-nun dosenti, pediatr Nigar Bayramova musavat.com-a bir sıra vacib məlumatları çatdırıb.
O qeyd edib ki, hərarət yüksək olan zaman ilk olaraq uşağın paltarları çıxarılmalı, hərarəti ölçülməlidir:
"Qızdırmasalıcı dərman verilir, ilk seçim preparatı parasetamol tərkibli dərmanlar hər kiloqram çəkiyə 10 mg dozada verilməlidir. Göstəriş olarsa, 4-6 saatdan bir verilə bilər. Əgər qızdırma 39 dərəcə və daha yüksəkdirsə, ilıq duş və ya ilıq kompres etmək məsləhət görülür".
Həkim bildirib ki, bundan sonra hərarəti  müşayiət edən simptomlar araşdırılmalıdır:
"Həkimə xəbər verilməlidir, onun hərtərəfli müayinəsi ilə yanaşı, qan analizi, sidik müayinəsi, auskultasiya zamanı dəyişiklik varsa, döş qəfəsi rentgen filmindən başqa sistemik infeksiyalar (sepsis, meningit) araşdırılmalıdır. Eyni zamanda qızdırmanın ciddiyyəti həkim tərəfindən qiymətləndirilməli, ehtiyac varsa, infeksiya markerləri istənməlidir. 36 aya qədər körpələr göstəriş varsa, xəstəxanaya yatırılaraq dəyərləndirilməlidir. Qızdırması olan yeni doğulmuş bir körpə ana südü ilə qidalanırsa, 12 aya qədər körpə gülürsə, 3 yaşa qədər uşaq oynayırsa, ciddi ağır vəziyyət yoxdur deyə düşünülür. Əgər qızdırma fonunda inildəmə, yuxusuzluq, davamlı ağrı müşayiət edilirsə, mütləq həkim tərəfindən ciddi şəkildə qiymətləndirilməlidir. Qızdırmalı uşaqlarda ən çox ehtiyac olan müayinələrdən: qanın tam müayinəsi, leykositar formul, CRP, sidiyin tam analizi, ağciyərlərin rentgen şəkli, sinus rentgen şəkli, qarın boşluğu ultrasonoqrafiyası və əgər nəcis yumşaqsa, mikroskopik müayinəsi istənməlidir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1404   Tarix: 02 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sade makiyaj sekilleri qadın geyimi donlar 2026 zirinc faydalari qizi ehtiraslandiran sozler qarağatın faydaları qonaq otagi dizaynlari kosmetika efsaneler yuxuda qara ilan gormek uşaq şeirləri xanim.az yemekler