Uşağın sağlamlığı dırnaqlarından başlayır: Ayrıca müayinəsi vacibdir
Əgər uşağınızın dırnaqlarında cizgilər, yumşalma və tez-tez qırılmalar görürsünüzsə və ya dırnaqların ətrafında ziyillər varsa, bütün bu hallar müxtəlif xəstəliklərin əlaməti ola bilər.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, yetkinlərdə olduğu kimi, körpələrdə və uşaqlarda dırnaqlar bir çox sağlamlıq problemlərinin siqnallarını verə bilər. Bu səbəbdən körpələrdə və uşaqlarda ümumi müayinə zamanı dırnaqların da müayinəsi vacibdir.
Dırnaqların inkişafı körpənin ana bətnində olduğu 9-cu həftədən başlayır və beşinci aya qədər davam edir.
Uşaqlarda dırnaq xəstəlikləri anadangəlmə və ya daha sonra baş verə bilər. Körpə ilk dünyaya gələndə edilən ilk müayinədə anadangəlmə xəstəliklər fərq edilə bilər. Bu, sindromlu vəziyyəti və ya orqan sistemlərini əhatə edən bir xəstəliyi göstərə bilər.
Qazanılmış dırnaq xəstəlikləri böyüklərdəki kimi olsa da, bəzi fərqlər ola bilər. Xalq arasında dırnaq göbələyi kimi tanınan onikomikoz və dırnaq şişləri buna misal ola bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi